Plastik qablardan imtina etdikdə hansı əngəllərlə üz-üzə qalırıq?

Azərbaycanda plastik qablar və polietilen paketlərlə mübarizəyə start verilib və artıq cərimələrin tətbiqinə başlanılır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minən müvafiq fərmana əsasən artıq əhali arasında maarifləndirmə kampaniyasına start verib.

Vəzifəli şəxslər və hüquqi şəxslər istehlakçılara plastik materillardan hazırlanmış paketlər və qablar verdikdə və ya satdıqda müvafiq olaraq 1000 manatdan 1500 manatadək və 3000 manatdan 4000 manatadək cərimələnəcəklər, çünki plastik materiallar artıq inzibati xətanın bilavasitə obyektidir.

Bu arada əhaliyə plastik qablaşdırmada satılan məhsullardan imtina edərək şüşə qablarda satılan məhsullara üstünlük verməyi və polietilen paket əvəzinə kağız və ya parçadan hazırlanmış torbalardan istifadə etməyi tövsiyə edilir. Lakin bu tövsiyələr sosial şəbəkələrdə yeni müzakirələr üçün zəmin yaradıb, bu da plastik qablaşdırmada satılan içkilərin daha ucuz olması və parçadan hazırlanmış torbaların hazırda əksər marketlərdə satılmadığı və satıldığı halda belə, onsuzda qənaət rejimində yaşayan əhali üçün əlavə xərc mənbəyi olduğu ilə bağlı söhbətlərdir. Əlbəttə ki, ekologiyanı gorumağın vacibliyini hər birimiz anlayırıq və mümkün olduğu gədər bu istiqamətdə əlimizdən gələni edirik, amma narazılıqlarda əsassız deyil.

Bundan başqa, kiçik həcmli plastik qablarda satılan su və şirələrlə yanaşı, ölkəmizdə bir çox ailə hazırda gündəlik içməli suyu 5,10,20 litrlik plastik qablaşdırmada alır, onları nə ilə əvəz etmək olar? Bidonlarla? Bu nə dərəcədə sərfəli olacaq istehlakçılar üçün və bu qədər bidonu hardan tapaq və necə daşıyaq?

Aynur Vəliyeva

Bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma