Dövlət taksi sürücülərinə nəzarəti gücləndirir – VİDEO

Benzin və dizel yanacağının qiymətlərinin artım nəticəsində gözlənə biləcək gediş haqqı artımı olmayacaq, çünki dövlət tərəfindən sərnişindaşıma ilə məşğul olan sahibkarlara subsidiyalar ayrılacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, əsassız qiymət artımına yol verən taksi sürücülərinə dövlət tərəfindən nəzarət gücləndiriləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, yanacağın qiymətinin artması səbəbindən rayonlararası sərnişindaşıma ilə məşğul olan avtobus sahiblərinə müvafiq güzəştlər nəzərdə tutulub. Bu günlərdə oxşar açıqlama ilə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevdə çıxış edib və bildirib ki, ictimai nəqliyyatda gediş haqqının artırılması gözlənilmir.

Onun sözlərinə görə, yanvar ayının sonuna kimi hökumət tərəfindən kompensasiyaların hansı formada veriləcəyi açıqlanacaq.

“Avtobuslarda gedişhaqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət olunmayıb. Əksinə avtobus sahiblərinə müvafiq güzəştlər nəzərdə tutulub. Benzin yanacağı daha çox şəxsi avtomobillərdə olduğu üçün, bu istehsal bazarında qiymət artımına səbəb olmayacaq. Əksinə deyərdim ki, ictimai nəqliyyatdan istifadəni daha çox stimullaşdırmış olacaq”, – deyə Dövlət Xidmətinin rəsmisi bildirib.

N.Allahyarova əlavə edib ki, taksilərdə süni qiymət artımına qarşı müvafiq addımlar atılacaq və nəzarət gücləndiriləcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma