Təhsil Nazirliyi Yaponiya və Çin təqaüd proqramlarına sənəd qəbulu elan edib

Azərbaycan Respublikası Təhsil Nazirliyi Yaponiya və Çin təqaüd proqramlarına sənəd qəbulu elan edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Yaponiya Dövlət Təqaüd Proqramı çərçivəsində Ümumtəhsil məktəblərinin müəllimləri üçün Yaponiyada “Kyokensei-Gənc müəllimlər üçün təlim” (“Kyokensei”) proqramına sənəd qəbulu davam edir. Proqrama müraciət üçün son tarix 29 yanvar 2021-ci il təyin olunub.

“Kyokensei” hazırda Azərbaycanın ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlər üçün nəzərdə tutulub və onlara Yaponiyanın müəllimlərin yetişdirilməsi institutlarının təlimlərində iştirak etmək şansı təqdim edən magistratura səviyyəsi üzrə proqramdır. Təqaüd proqramı barədə ətraflı məlumatla müvafiq linkə (https://www.az.emb-japan.go.jp/itpr_ja/11_000001_00142.html) daxil olaraq tanış ola bilərsiniz.

Digər təqaüd proqramı elanı Çin Xalq Respublikasının Tsinqua Universiteti İctimai Səhiyyə üzrə Vanke Məktəbinin 2021-2022-ci tədris ili üzrə ictimai səhiyyə sahəsində çalışan şəxslər üçün nəzərdə tutulub. Proqrama yalnız dövlət müəssisələrində çalışan səhiyyə işçiləri və ya tibbi xidmət müəssisələrinin menecerləri müraciət edə bilərlər.

Magistratura səviyyəsi üzrə elan edilən təqaüd proqramına son müraciət tarixi 31 mart 2021-ci ildir. Təqaüd proqramı haqqında ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma