“Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsi elan edilib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) “Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsi elan edib.

Trend-in verdiyi məlumata əsasən, İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev müsabiqənin məqsədinin təqdim olunan ssenarilərdə Azərbaycan Ordusunun vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmanlıq mübarizəsini, gənclərimizin hərbi-vətənpərvərlik ruhunun daha da yüksəldilməsi ilə bağlı həyata keçirilən ideoloji-siyasi tədbirlərin səmərəliliyinin artırılması, arxa cəbhədə çalışan, Ordumuzun qarşısında duran vəzifələrin reallaşdırılmasına hərtərəfli dəstək göstərən sadə, fədakar Azərbaycan vətəndaşlarının fəaliyyətini bütün parametrləri, əlvanlığı və obyektivliyi ilə əks etdirməkdir.

Bütün şəxslər müsabiqəyə ssenari təqdim edə bilər. Müsabiqəyə bədii, sənədli, qısametrajlı film və animasiya filmləri ssenariləri qəbul olunur. Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə olmamalıdır. Ssenari orijinal, yəni ekranlaşdırılmamış olmalıdır.

Ssenarilər müsabiqəyə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim edilməlidir. Hər bir müəllif bir ssenaridən artıq təqdim edə bilməz. Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.

Daha sonra qrumun sözçüsü Əli Vəliyev qeyd edib ki, müsabiqənin peşəkar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edəcək. Münsiflər heyəti məxfi seçim nəticəsində dörd ssenarini qiymətləndirəcək. Qalib ssenarilər ekranlaşdırılmaqla yanaşı pul mükafatı və diplomla təltif olunacaq. Belə ki, Ən yaxşı bədii film ssenarisinə 5 min, Ən yaxşı sənədli film ssenarisinə 3 min 500, Ən yaxşı qısametrajlı film ssenarisinə 3 min, Ən yaxşı animasiya film ssenarisinə 2 min manat pul mükafatı təqdim olunacaq.

Ssenarilər fevralın 1-dən aprelin 30-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməlidir.

Bir şərh

  1. Mən muracat ediramki meni aktiyorkimi gabul edasis . Cox xaiş ediram bu tarixli filimda cakilmak istiyiram mani xaiş ediram geydiyata goturasis aktiyorkimi. Men Rus dili Inglish dili ve Turk dilini mukaməl biliram . Agar sizə sivi yada malimat atrafli lazimdisa bu nomraya zank vurun +994516285603

    Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma