Iyirmiyədək qəzet redaksiyası dövlət dəstəyi alacaq – SİYAHI

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzet redaksiyalarına 2021-ci ilin I yarısı ərzində aylıq maliyyə yardımı göstərilməsi üçün təşkil edilmiş müsabiqənin nəticələrini elan edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi məqsədilə 10 dekabr 2020-ci il tarixində elan edilmiş müsabiqə başa çatıb.

Fondun Müşahidə Şurasının 04 dekabr 2020-ci il tarixli 03 nömrəli Protokolu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün müsabiqə Qaydaları”na əsasən müstəqil ekspertlər tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticələrinə uyğun olaraq aşağıdakı qəzetlər göstərilən sahə (sahələr) üzrə qalib elan olunur:

Qəzetin adıQalib elan olunduğu sahə (sahələr)
1.“Səs” qəzeti1) ictimai və dövlət maraqlarının müdafiəsi;2) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi;3) gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.
2.“Şərq” qəzeti1) fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;2) ictimai və dövlət maraqlarının müdafiəsi;3) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi.
3.“525-ci qəzet”1) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;2) elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;3) gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.
4.“Yeni Müsavat” qəzeti1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi;2) azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;3) uşaq və gənclərin fiziki və mənəvi inkişafı.
5.“Bakı-Xəbər” qəzeti1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi;2) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;3) dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.
6.“Yeni Azərbaycan” qəzeti1) azərbaycançılıq ideyasının təbliği;2) regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi.
7.“Novoye Vremya” qəzeti1) azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;2) ekologiya və ətraf mühitin müdafiəsi. 
8.“Azernews” qəzeti1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi;2) Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi. 
9.“Xalq Cəbhəsi” qəzeti1) vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;2) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi.
10.“Hürriyyət” qəzeti1) ictimai və dövlət maraqlarının müdafiəsi;2) diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.
11.“Ədalət” qəzeti1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi;2) regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi.
12.“Həftə içi” qəzeti1) elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;2) gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.
13.“Azad Azərbaycan” qəzeti1) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği.
14.“Türküstan” qəzeti1) azərbaycançılıq ideyasının təbliği.
15.“Olaylar” qəzeti1) gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.
16.“Paralel” qəzeti1) ekologiya və ətraf mühitin müdafiəsi.
17.“Unikal” qəzeti1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi.
18.“Nedelya” qəzeti1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi.
19.“Hərbi And” qəzeti1) gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma