Qış depressiyası beynimizə müsbət təsiri nədən ibarətdir?

Qış depressiyası yaşayanlar bunun öhdəsindən necə gələ biləcəkləri haqda bu yazıdan öyrənə biləcəksiniz.

TIME müxtəlif elmi-publisistik mənbələrə istinadən bildirir ki, inkişaf etmiş ölkələrdə depressiya 21-ci əsrin ən ciddi xəstəliklərindən biri hesab olunur və müalicəsinin müxtəlif yolları təklif edilir. Bu “dadlı həblər” dən mürəkkəb pəhrizlərdək, psixoterapiyadan sehrli rituallara və ekstrasens seanslarınadək geniş bir üslublar siyahısıdır. Necə deyərlər «Uşaq nə edirsə etsin, təki ağlamasın»…

Bununla birlikdə, planetdəki sivilizasiyanın daha az toxunduğu yerlərdən gələn insanlar da şəhər həyatının sıx tempinin bir hissəsi olduqda emosional təzyiq və tükənmə hisslərini yaşayırlar. Bu cür psixoloji vəziyyəti daha da kəskinləşdirən pəncərənin arxasında gördüyümüz tutqun, darıxdırıcı qış mənzərəsi olur, bu məqam bəzilərinin optimizminin bitdiyi bir nöqtə ola bilər.

Bu nöqtəyə çatdıqda insanlar artıq nəyinki bir-iki həb atmağa, onlar stəkan ilə dərmanları qəbul etməyə hazır olurlar ki, daxili harmoniyalarına nəhayət qovuşsunlar. Ən dəhşətlisi budur ki, müvəqqəti rahatlıqdan sonra onların vəziyyəti daha da qalınlaşır və bütün bunlar bitməyən dairəvi bir marafona bənzəməyə başlayır – bu hal tibdə depressiya adlanır və mərhəmətli dostlar – “Adam xəstədir” deyirlər.

Lakin Amerikalı alimlər bu yaxınlarda depressiyanın bir xəstəlik olmadığını, hətta bir zehni pozuntu və ya hormon balansının qeyri stabilliyi deyil, vücudumuzun normal bir müdafiə reaksiyası olduğunu bir variant kimi təklif ediblər.

Bu reaksiya nə vaxt baş verir? Adətən uzun müddətli stres, təhdid hissi və ya “sağ qalma” rejimində yaşam tərzi nəticəsində insan orqanizmi bu cür özünü müdafiə təpkisi verir. Üstəlik, bu reaksiya eyni zamanda başa düşülən amillərdən, məsələn işdəki son vəziyyətdən, və ya tamamilə ağıla gəlməyən şeylərdən, məsələn, şüuraltımızın yaxınlıqda gəzən bir yırtıcının uğultusu kimi qəbul edilən yaxınlıqdakı bir tikintinin səs küyünə kimi ortaya çıxa bilər.

Ətraf mühit bu qədər düşmən və təhlükəli olduqda, beyinlər stresə əsas cavabımız olan döyüş və ya uçuş sistemini söndürmək və qış yuxusuna getmək əmrini verir, yəni daha yaxşı zamana qədər yuvaya gedirlər. Bu səbəbdən tez-tez depressiyaya düşən insanlar səhər yatağından qalxmaq və evdən çıxmaq istəmirlər.

Qış yuxusundan çıxmaq üçün nə lazımdır?

Mütəxəssislər əksinə hərəkət etmək lazım olduğunu, yəni özünə rahatlıq və təhlükəsizlik vəziyyətini qaytarmaq üçün hər yolla mübarizə aparmaq lazım olduğunu bildirirlər. Bəzən oyunun qaydalarını qəbul etməyə hazırdırsa və bunun üçün mənbəyi varsa, yalnız bir həftə ana ilə yaşamaq kifayətdir, çünki analarımız, doğulduğumuz, kökümüzün gəldiyi yerlər bizim güc mənbəyimizdir, necə ki, lampa yansın deyə onu elektrik cərəyanına qoşmaq lazımdı, insanda qanı və canı bağlı olduğu müsbət enerjili insanlara sarılmalıdır.

Daha da universal bir vasitə sosiallaşmaqdır. Əlbəttə ki, “mənəvi cəsəd” etiraz edəcək və otaqdan çıxmağın dəhşətli bir səhv olduğuna əmin olacaq, amma bir neçə ən sadiq dostla görüşmək (depressiyaya düşmüş yuvanın xaricində!) möcüzələr yarada bilər.

Nəhayət, başqa bir dəqiq xilas yolu adi günəş işığıdır, hansı ki, hətta ayıların qış yuxusundan oyanmasına kömək edir. Qışda soyuq və vitamin çatışmazlığı bədənimizi yavaşlatmaqla və enerjiyə qənaət etməklə yanaşı onu birbaşa məhv edir. Dərinizdə ultrabənövşəyi şüa hiss etmək (heç olmasa günəş işığına məruz qalan narazı üzünüz olsa belə) oyanma, dərindən təmiz havanı ciyərlərinizə çəkməyiniz və daxilinizdə ki, neqativ enerjini və gərginliyi nəfəsinizlə birgə xaric etməyiniz daxilinizin “təmizlənməsinə” kömək edər.

Bu arada imkan olduğu qədər özünüzü sitruslarla, əsasən də narıncı, təmiz şokolad, geysi və qavalı qurusu ilə bəsləyin, əmin ola bilərsiniz ki, bundan artıq çəki yığmayacaqsınız, əksinə əhvalınızı yüksəldəcəksiniz və bir müddət bu rejimə riayət etdikdən sonra, artıq pəncərə arxasında kı, mənzərə, sizə sadəcə öncə bəhs etdiyimiz, ciyərlərinizə dərin nəfəslə çəkdiyiniz o təmiz havanı xatırladacaq…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma