Özünüməşğulluq proqramının əhatə dairəsi 10 dəfə genişlənib

Özünüməşğulluq proqramı ilə bağlı regionlarda bazar araşdırması aparılacaq – proqramın əhatə dairəsi son illərdə 10 dəfə genişlənib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq müstəvisində gələn ildən özünüməşğulluq proqramı ilə bağlı regionlarda bazar araşdırması aparılacaq.

Məqsəd özünüməşğulluq proqramının sosial-iqtisadi səmərəliyinin artırılması, regionlarda kiçik biznes təsərrüfatlarının potensial imkanlarının müəyyən olunmasıdır.  Araşdırma nəticəsində əldə olunan məlumatlar 2021-ci ildə və sonrakı illərdə özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsinə, ünvanlığının, proqram üzrə yaradılan biznes təsərrüfatlarının dayanıqlığının təmin olunmasına öz töhfəsini verəcək.

Dövlət başçısının tapşırığına əsasən icra olunan və əmək bazarının inkişafında önəmli rola sahib olan özünüməşğulluq proqramı əməkqabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsinə şərait yaradır. Bu aktiv məşğulluq tədbiri aztəminatlı vətəndaşların ünvanlı yardım sistemindən kiçik biznesə çıxışına, nəticədə gəlir imkanlarını artırmalarına imkan verir.

Özünüməşğulluq proqramının təşkilində bir çox dövlət və özəl şirkətlər, Dünya Bankı, kommersiya bankları, digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq həyata keçirilir, beynəlxalq təcrübə əsasında proqramın tətbiqi mexanizmi daim təkmilləşir, yeni imkanlar araşdırılır.

Qeyd edək ki, son illərdə özünüməşğulluq proqramının əhatə dairəsi 10 dəfə genişlənib və 2020-ci ildə proqrama cəlb olunanların sayı 12 minə çatıb. Onlar həssas əhali qruplarına aid vətəndaşlardır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma