Hər qadının etdiyi 8 “dəbli” səhv

Dəbdə heç bir qadağanın ola bilməyəcəyini düşünsəniz belə, etiket qaydaları bizə öz qaydalarını diktə edir. Stil yalnız geyim və görünüşdən ibarət deyil, xarici dünya ilə ünsiyyət yoludur. Moda indi tədricən ciddi tabulardan və klişeli birləşmələrdən uzaqlaşsa da, şık etiket qaydalarının ən pozulmaz qaydalarına hələ də əməl etməyə dəyər.

TIME bu məqalədə həmişə xatırlamalı və heç bir zaman unutmamalı olduğunuz ən ümumi üslub səhvlərini toplayaraq sizə təqdim edir.

Səhv № 1: İctimai yerdə makiyajın düzəldilməsi

Sizcə tualetə niyə toz otağı deyirlər? Çox sadə: bura xanımların üst başlarını, makiyajlarını səhmana saldıqları yerdir. Ofis daxil olmaqla ictimai yerlərdə saçlarınızı daramaq, manikür etmək və ya dodaqlarınızı boyamaq pis zövqünüzün olmasına işarətdir. Bütün bunları xüsusi yerlərdə etmək lazımdır!

Səhv № 2: Qola saç tokasının taxılması

Saç tokası elastik bir qolbaq deyil, buna görə onu biləyinizə taxmanıza ehtiyac yoxdur. Hər şeydən əvvəl, bu sizin tənbəlliyinizin göstəricisidir. Çantanızda hər halda kiçik bir kauçuk bant üçün yeriniz olduğu üçün onu ora qoya bilərsiniz. Təəssüf ki, bu qayda əksər qadınlar tərəfindən pozulur və bunu yalnız “adi insanlar” deyil, məşhurlar da edir. Ancaq bu, onları təqlid etməli olduğunuz anlamına gəlmir.

Səhv № 3: Eynəklərin saç bandı kimi istifadə edilməsi

Başa eynək qeyri etik geyim tərzi kimi qəbul edilir, baxmayaraq ki, bunu müxtəlif təbəqələrə və sosial statusa aid olan xanımlar edir. İlk növbədə, bu formada eynəyin taxılması onun tez korlanmasına səbəb olur. İkincisi isə, bu sizin tənbəlliyinizin bir başqa göstəricisidir. Tənbəl olmayaq: eynəyimizi qaba gizlədək.

Səhv № 4: Vücudumuzda örtülməsi tələb olunan yerlər

Fərdi üslubun əsas qaydası ləyaqəti vurğulamaq və qüsurları gizlətməkdir. Məsələn, qoltuq altındakı bölgə çox vaxt çəkidən və ya yaşdan asılı deyil: ya səliqəlidir, ya da yox. Stilistlər bu bölgəni qalın çiyinli bluzalarla və s. örtməyinizi məsləhət görürlər. Bu arada büstqalterinizin düzgün seçin, real ölçünüzə görə  seçilməsinə diqqət yetirin: bu bölgəni çox sıxmayın.

Səhv № 5: Tayt seçimində diqqətli olun

Bir çox təşkilatda, taytlar fəsildən və moda meyllərindən asılı olmayaraq qırılmaz bir dress kodun ayrılmaz hissəsidir. Taytlar əksər hallarda anti-stilin timsalıdır. Qaralmış bədən rəngində olan taytlar aşılanmış ayaqların təsirini yaradır, lakin qollar, boyun və üz açıq rəngdə qalır ki, bu da dərhal gözə çarpır. Üzərində müxtəlif naxışlar və təsvirlər olan taytlar isə daha da pis görünə bilər. Uzaqdan belə naxışlar qançır və ya dəri qüsurlarına bənzəyir. Görünüşünüz ahəngdar görünməsi üçün dərinizin tonuna uyğun və parıltısız nazik taytlar seçin.

Səhv № 6: Səliqəsiz geyinmək vərdişi

Bildiyiniz kimi, hər bir insanın öz əsas qarderobu var və o, hər gün geyindiyiniz və sevdiyiniz şeylərdən ibarətdir. Lakin istənilən vərdişdə həddi aşmaq olmaz və zamanında dayanmağı və hətta sevdiyiniz o tüklü coraba bənzər sviterinizdən belə vaxtında əl çəkməlisiniz. Paltarlar köhnəlirsə, deformasiyaya uğrayırsa, qranullar, deşiklər, ləkələr meydana gəlirsə, bu, ondan qurtulmağın vaxtının gəldiyinin dəqiq bir əlamətidir.

Səhv № 7: Parfümdən necə və nə vaxt istifadə edəcəyinizi bilməlisiniz

Səhər parlaq bir ətir istifadə etmək yersizdir. Bəlkə də hər birimiz səhər liftdə qonşusunun parfümünün parlaq ətrini hiss etməmiş deyilik. Bunun günahı bizim orqanizmdədir, çünki səhər insanda, bir qayda olaraq, qoxu hiss etmə refleksi  daha yüksək olur, buna görə də hətta ecazkar bir ətir belə bizdə pis təəssürat yarada bilər.

Xoşbəxtlikdən, müasir alımdə çiçək və meyvələrin yüngül ətri ilə dolu müxtəlif duş jelləri, spreylər və kondisionerlər mövcuddur və səhər saatlarında onların ətri yetərlidir. Parlaq ətirli sevdiyiniz parfümləri isə günün ikinci yarısı üçün saxlayın.

Səhv № 8: Məkana uyğun olmayan makiyaj

Makiyaj harda olduğunuza və günün hansı hissəsində istifadə edildiyinə uyğun olmalıdır. Bir çox makiyaj texnikasını bilə bilərsiniz, makiyaj etməyi sevə bilərsiniz, lakin makiyajın hər hansı bir növünün yersiz istifadəsi sizi gülünc vəziyyətə sala bilər. Düşünsənizə, axşam ziyafəti makiyajı ilə çimərliyə getmişiniz və dəniz kənarında bol-bol qaraldıqdan sonra iri dalğalı dənizin içinə atılırsınız və nəyi var əylənirsiniz… Və ya işgüzar görüşə, hamamdan çıxmış kimi, soluq üzlə goşulursunuz… Əlbəttə ki, parlaq makiyaj ofisdə yersizdir və özü ilə bir çox stereotip daşıyır, amma işgüzar görüşdə baxımsız görünməkdə, axşam ziyafətinə makiyajsız gəlmək kimi yersizdir.

Ən vacib qayda – qızıl orta xəttini gözlımıkdir

Dəblə ayaqlaşmaq son dərəcə çətindir və açığı, heç səy göstərməyə dəyməz. Elit təbəqələrə aid olan xanımlar bir çox hallarda cari mövsumda təqdim edilmiş dəbli geyimləri, saç düzümlərini və makyaj texnikalarını növbəti mövsumda istifadə edirlər, səbəb isə sadəcə etiket qaydalarıdır, onlar yalnız bir mövsüm ərzində bazarda aktuallığını itirməyən dayanıqlı mödelləri seçirlər. Əsas isə özünüz olmaq, fərdiliyinizi və gözəlliyinizi vurğulamaq öyrənməyə dəyər bir elmdir. Geyim seçdikdə mövcud qarderobunuzu, çəkinizi, boyunuzu, dərinizin və saçınızın rəngini nəzərə alın ki, sonradan özünüzə əlavə problemlər yaratmayasınız. Sizin üçün rahat olanı geyin, ən başlıcası, imicinizdə özünüzü rahat hiss etməyinizdir. Müasir moda özünüzü ifadə etmək, fərdiliyinizi vurğulamaq üçün əla imkanlar yaradır. Həmişə dəyişən tendensiyaları təqib etmək həyatımıza daha çox stres qatır.

Leave a Reply