“Virtual məktəb”də 2019-2020-ci tədris ili üzrə siniflər silinəcək

Hazırda “Virtual məktəb” platformasında dərslər cari tədris ili üzrə formalaşdırılmış yeni siniflərdə həyata keçirilir. Bunu nəzərə alaraq, 1-2 yanvar 2021-ci il tarixlərində “Virtual məktəb”də ötən tədris ili üzrə arxivləşdirilmiş siniflərin silinməsi nəzərdə tutulur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu siniflərin saxlanılmasında əsas məqsəd müəllim və şagirdlərin yeni siniflərə rahat uyğunlaşmasının təmin edilməsi olub. Artıq köhnə siniflərin silinəcəyini nəzərə alaraq, müəllimlərdən köhnə siniflər üzrə işləri yekunlaşdırmaq xahiş olunur.

Qeyd edək ki, ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənməkdədir. Belə ki, 20-27 dekabr tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 426 721, müəllimlərin sayı 127 550, aktiv istifadəçi sayı 1 123 126, həftə ərzində platformada keçirilmiş dərslərin sayı  6 164 209 təşkil edib.

Platformada cari tədris ilindən etibarən məktəb rəhbərləri tərəfindən siniflərin formalaşması funksionalı əlavə olunub. Belə ki, hazırda məktəb direktorları və direktor müavinləri sistemə daxil olub, profillərində rəhbərlik etdikləri məktəblərin siniflərini və müəllimlərini əlaqələndirərək idarə edə bilirlər.

Cari ilin 2 aprel tarixindən etibarən ölkədə ən iri milli onlayn platforma olan “Virtual məktəb”də məsafədən tədris təşkil olunur. Müəllim və şagirdlər platformada qeydiyyatdan keçərək siniflər üzrə dərslərə qoşulur və təqdim olunan bir çox təhsil imkanlarından faydalanırlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma