Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə prosesi başlayır

Prezident İlham Əliyev dekabrın 25-də səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında Sərəncam imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamı ilə hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəklər

Prezident İlham Əliyev dekabrın 25-də səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamı ilə hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəklər.

Əlavə suallarla bağlı vətəndaşlar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə müraciət edə bilərlər.

Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına əsasən, zabit və gizirlərin pul təminatı xidmət etdikləri hərbi hissə üçün müəyyən edilmiş artım əmsalları tətbiq edilməklə təyin olunduğu vəzifələrə uyğun olan vəzifə maaşları, hərbi rütbələrinə görə maaşlar və digər əlavələrdən ibarətdir. Əsgər və çavuşlara isə eyni qaydada təyin olunmuş vəzifə maaşlarına əlavə olaraq 360 manat məbləğində aylıq müavinət verilir.

Leave a Reply