Gələn ildən pensiyaların orta aylıq məbləği 13% artacaq

Növbəti illərdə də pensiyaların artımı davam edəcək.

Trend-in əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə istinadən verdiyi məlumata əsasən,  bu il sosial müdafiə istiqamətində ayrılan vəsaitin həcmi əvvəlki ildən çoxdur.

S.Babayev bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsinin gəlirləri 5 146 030 160,0 manat təşkil edir ki, bu da əvvəlki illə müqayisədə 8% çoxdur.

Nazir vurğulayıb ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin siyasətindən proritet istiqamətlərdən birini təşkil edib. Nazirin sözlərinə görə, Fondun xərclərinin 95% əhaliyə ödənişlərin payına düşür.

S.Babayev bildirib ki, növbəti ildə əmək pensiyaların orta məbləği 338 manat, yaşa görə peniyaların məbləği isə 370 manat təşkil edəcək. Bu rəqəmlər bu ilin göstəricilərin 13% çoxdur.

Nazir qeyd edib ki, növbəti illərdə də pensiyaların indeksasiyası davam edəcək ki, bu da pensiyaların artımına öz təsirini göstərəcək. Onun sözlərinə görə, Azərbaycanda pensiyaların gələn il 10% indeksasiyasının aparılması planlaşdırılır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma