Azərbaycanda müharibə mövzusunda yeni sənədli və bədii film çəkiləcək

Yeni filmlər, tarixi hadisələrin baş verdiyi, Qarabağda çəkiləcək.

Trend-in “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədovun sözlərinə istinadən verdiyi məlumata əsasən, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Vətən Müharibəsinə həsr olunan sənədli və bədii film çəkməyi planlaşdırır.

O qeyd edib ki, müharibə dövrü ilə bağlı yalnız mövcud kadrlardan istifadə edilərsə, bu halda bu, sənədli film deyil, yalnız kinoxronika olar: “Amma bunu sənədli və ya bədii film formatına çevirmək üçün müəllif işi olmalıdır. Tamaşaçı filmə o zaman maraq göstərir ki, orada müəllif olsun. Bunun üçün də filmin hazırlanmasında işçilərin iştirak etməsi lazımdır. Bir filmin çəkilməsi 20 nəfərin bir yerə ezam olunması deməkdir. Bu insanların təhlükəsizliyinə cavab vermək lazımdır. Yerlər minalardan təmizləndikdən sonra sənədli film də, bədii film də çəkiləcək. Bu istiqamətdə planlar var. Bunun üçün ilkin növbədə təhlükəsizlik tədbirləri görülməlidir. İcazə verilən kimi komandamızla birlikdə bu işlərə başlayacağıq”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma