Smart tipli qaz sayğacın quraşdırılması nəçiyədir və bu cihaz koda düşdükdə nə etməlisiniz?

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən abonentlərin mənzillərində yeni smart tipli sayğacları pulsuz quraşdırır. Bu sayğacların əsas xüsusiyyəti istehlakçıların qazla təminatını öncədən ödəniş etməklə həyata keçirmək və eyni zamanda təbii qazdan təhlükəsiz istifadə olunmasını təmin etməkdir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, İsfehsalat Birliyi bir çox hallarda istehlakçıların təbii qazdan istifadə zamanı muvafiq təhlükəsilik qaydalarına düzgün riayət etmədiyini və bu zaman sayğacın klapanın bağlanması nəticəsində sayğacın koda düşdüyünü və avtomatik olaraq təbii qazın verlişinin dayandırılmasını bildirirlər

Onu da bildirməliyik ki, “Azəriqaz” İB qaz sayğaclarının əvəzlənməsi zamanı kiminsə vətəndaşdan pul tələb etməsinin qanunsuz olduğunu bəyan edib.

“Bir daha xatırladırıq ki, belə sövdələşməyə heç kim getməsin. Abonentlərdən xahiş edirik ki, heç kimə bu əməliyyatın icrası zamanı pul verməyin. Çünki dövri yoxlama müddəti çatmış (əhali abonent qrupunda 5 ildən bir) qaz sayğacları əvəzlənərkən hər hansı vəsait tələb olunmur. Bu əməliyyat “Azəriqaz” İstehsalat Birliyi tərəfindən pulsuz icra olunur. Əgər hansısa dələduz əmələ qurşanan şəxslə belə bir sövdələşmə edirlərsə, bundan asılı olmayaraq, sayğacda laboratoriya yoxlaması zamanı qüsur aşkarlanarsa, itirilmiş qazın bərpasının dəyəri sizdən mütləq tələb olunacaq. Yəni bu yolla sizi aldadan şəxs yoxlamadan sonra qüsur aşkarlanan sayğaca görə heç vaxt kimisə sığortalaya bilməz”, – deyə “Azəriqaz”-da bildiriblər.

“Azəriqaz” abonentlərdən xahiş edir ki, bu kimi hallarla rastlaşarlarsa, Birliyin 104/185 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar. Ünvanlarında qaz ölçü qurğusuna və ya digər qaz avadanlığına baxış keçirən əməkdaşlardan xidməti vəsiqəsini tələb etsinlər.

İsfehsalat Birliyi onu da bildiriblər ki, bir çox hallarda istehlakçıların təbii qazdan istifadə zamanı muvafiq təhlükəsilik qaydalarına düzgün riayət etmirlər və bu zaman sayğacın klapanın bağlanması nəticəsində sayğac koda düşür və avtomatik olaraq təbii qazın verilişi dayandırılır.

Hazırda proqram təminatında aparılmış müvafiq işlər nəticəsində smart tipli qaz sayğacları koda düşdükdə abonent kartları vasitəsi ilə onları işə salmaq mümkündür. Artıq abonentlər öz kartları ilə “ALARM 3”, “ALARM 5” və “FO-44” koda düşmələrini özləri aradan qaldıra bilərlər.

Bunun üçün abonentlər aşağıda göstərilən təlimatları ardıcıllıqla yerinə yetirməlidirlər:

  • Smart tipli sayğac koda düşdükdə ilk öncə kart koda düşmüş sayğaca daxil edilir. Bu zaman sayğacın ekranında olan informasiya avtomatik olaraq həmin abonentin kartının yaddaşına köçürülür. İki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.
  • İstənilən ödəmə məntəqəsində kartın balansına minimum 1 AZN məbləğində vəsait ödənilir.
  • Ödəniş həyata keçirildikdən sonra abonentin mənzilində olan qaz cıhazları təhlükəsilik tələblərinə uyğun olaraq sızma testinin aparılması üçün bağlı vəziyyətdə saxlanılmalıdır.
  • Kart ödəniş həyata keçirmək üçün sayğaca daxil edilir və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.
  • Sayğacın üzərindəki göy düymə (klapan aç) 5 saniyə sıxılı saxlanılır. Bu zaman sayğac özü avtomatik olaraq 190 saniyədən geri saymağa başlayır. Göstərilən müddət bitdikdən sonra saygac koddan çıxır və təbii qazın verilişi bərpa olunur.

Qeyd edək ki, bu əməliyyat üçün heç bir xidmət haqqı tələb olunmur və sayğacın koddan çıxarılması zamanı ödənilən məbləğ abonentin balansına əlavə olunur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma