Şəhid və qazi ailələrinin həyat şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində olacaq

İşğaldan azad olunmuş ərazilərin bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb.

Trend-in verdiyi məlumata əsasən, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

S.Qafarova İkinci Qarabağ savaşının şəhidləri və qazilərinin ailələrinin məişət qayğıları barədə də danışıb: “Gələn il Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi diqqət mərkəzində olacaq”.

Leave a Reply Cancel reply