Mikayıl Cabbarov: Qarabağ torpaqlarının reinteqrasiyası Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfə verəcək

Dünya Bankı 2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1.9 faiz artması proqnozlaşdırılıb. Beynəlxalq təşkilatların isə proqnozlarına əsasən, Azərbaycan iqtisadiyyatı növbəti il 2 faiz artacaq.

Trend-in verdiyi məlumata əsasən, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zaman deyib.

M.Cabbarov bildirib ki, İqtisadiyyat Nazirliyi daha nikbin proqnozlarla çıxış edir. Nazir bildirib ki, pandemiya səbəbindən hazırda proqnozlar qeyri-müəyyənlik şəraitində aparılır: “Lakin biz daha nikbinik və nikbinliyimiz Qarabağa böyük qayıdış və həmin ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiya edilməsi ilə bağlıdır. Həmin ərazilər iqtisadiyyatımızın inkişafına böyük töhfə verəcək”.

Nazir onu da qeyd edib ki, 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsindən qalib çıxdı. Bu qələbə indiyə qədər Prerzident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş naliyyətlərin daha inamla davam etdirilməsi üçün möhkəm zəmindir.

Nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası, oraya qayıdacaq əhali üçün lazımi şəraitin yaradılması, məşğulluğun təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

M.Cabbarov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə həm yerli, həm də xarici investorların böyük marağı var.

Leave a Reply Cancel reply