İşsiz əhaliyə 190 manat birdəfəlik ödəniş veriləcək

Azərbaycan Respublikası Nazirlər Kabineti 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Qərar qəbul edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, birdəfəlik ödəniş Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar veriləcək.

Qərarda qeyd olunur: “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlamkeçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll edəcəklər.

Leave a Reply