Azərbaycana Zəfər sevincini yaşadan ilk Prezidentin ad günüdür

Bu gün, 24 dekabr, Azərbaycanın lideri, dövlət və siyasət xadimi, ölkəmizə Zəfər gətirən ilk Prezidenti – İlham Əliyevin doğum günüdür.

İlham Əliyev 24 dekabr 1961-ci ildə Bakı şəhərində, görkəmli Azərbaycan siyasətçisi, dövlət xadimi və ümummilli lider Heydər Əliyevin və alim oftalmoloq Zərifə Əliyevanın ailəsində anadan olub.

1977-ci ildə İlham Əliyev Bakıdakı 6 nömrəli orta məktəbi bitirdi və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) daxil oldu. İnstitutu bitirdikdən sonra, 1982-ci ildə MDBMİ-nin aspiranturasına daxil oldu. Bu Ali təhsil ocağında dövlət başçımızın əldə etdiyi peşakar bacarıqlar onda irsi olaraq mövcud diplomat və siyasətçi iliyini daha da gücləndirdi və bu zaman gəldikdə dövlətin idarəedilməsində, beynəlxalq əlaqələrin qurulmasında və ölkəmizim ərazi bütövlüyünü bərpa edilməsində özünü biruzə verdi.

15 oktyabr 2003-cü ildə İlham Əliyevin 79,46% səs toplayaraq qazandığı ölkədə prezident seçkiləri keçirildi. İlham Əliyev açılış nitqində bu sözləri söylədi:

“Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək və güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm və söz azadlığı təmin ediləcəkdir. Ölkəmiz müasir bir dövlətə çevriləcəkdir. Bütün bunlara nail olmaq üçün Azərbaycanda çox işlər görülməlidir. Ancaq bütün bunları reallaşdırmaq və Azərbaycanı qüdrətli bir dövlətə çevirmək üçün ilk növbədə ölkədə Heydər Əliyev siyasətini davam etdirmək lazımdır ”.                          

Növbəti illərdə o, dediyi sözlərin arxasında duraraq ildən-ilə Azərbaycanın inkişafı, dünya səviyyəsində müsbət imic qazanması uğrunda çalışıb.

Daha sonra, İlham Əliyev 2003, 2008, 2013 və 2018-ci illərdə keçirilən dörd prezident seçkilərində liderliyini təsdiq etdi. Beynəlxalq müşahidəçilərin fikrinə əsasən, İlham Əliyevin prezidentliyi ölkənin siyasi həyatında sabitləşmə ilə əlamətdar olub.

Azərbaycanın İlham Əliyev tərəfindən idarə edildiyi dövrdə ölkədə iqtisadi inkişaf üçün bir sıra xüsusi proqramlar, xüsusən də Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf Dövlət Proqramı (2003-2005), Azərbaycan Bölgələrinin Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı qəbul edilmişdir. Cümhuriyyət (2004-2008) “,” Azərbaycan Respublikasının Məşğulluq Strategiyası “(2006-2015),” 2014-2018-ci illər üçün Azərbaycan Bölgələrinin Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı ” və sair önəmli layihələr həyata keçirilib.

Heydər Əliyevin neft strategiyasının davamı olaraq, İlham Əliyev 2004-cü ildə “2005-2025-ci illərdə neft və qaz gəlirlərinin idarə edilməsinə dair uzunmüddətli strategiya” nın qəbul edilməsi haqqında fərman imzalayıb.

Bu illər ərzində ölkədə enerji resurslarının ixracı sayəsində iqtisadi artım müşahidə olunub, son illərdə İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun, İKT, sənaye, kənd təsərrüfatı, turizm və s. prioritet sahələrin inkişafına doğru bir istiqamət götürülüb. Azərbaycan idman sahəsində fəal siyasət aparır, ölkədə güclü idmançıların yetişdirilməsinə böyük diqqət yetirilir və bu, öz bəhrəsini verir, azərbaycanlılar beynəlxalq yarışlardan qalib olaraq qaytıdırlar.

Bu il isə Azərbaycan dünyanın əksər ölkələri kimi COVID-19 adllandırılan virusla uğurla mübarizə edən ölkələrdən biri olub. Azərbaycan Prezidenti və xalqı 2020-ci ildə görünməyən birlik nümayiş edərək iki düşmənlə eyni zamanda mübarizə apardı və ilk olaraq  COVID-19 virusunun birinci dalğasına qalib oldu, daha sonra isə sentyabr ayının 27-də qəflətən Ermənistan silahlı qüvvələri tərəfindən başladılan və Azərbaycan xalqının Vətən uğrunda mübarizə apardığı müharibənin qalibi oldu. Beləliklə, prezident İlham Əliyevin həyatının böyük hissəsini sərf etdiyi  Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşaraq Türk tərəfdaşlarımızın mənəvi dəstəyi ilə həll olundu. Bütün dünya bildi ki, Qarabağ Azərbaycandır, bu belə olub, belıdir və belə olacaq.

Nəticə olaraq, bu gün Azərbaycan Prezidenti İlham Əliyev həyatının yeni ilinə, ədalətli Zəfər qazanmış, düşmənin dinc əhalisinə qarşı humanistlik nümayiş edən dövlət başçısı kimi qədəm qoyur. Bu gün ki Zəfərimiz eyni zamanda Qarabağ uğrunda mübarizədə ölkəmizin mənafeyini dəstəkləyən dünya ictimaiyyətinin, tərəfdaş dövlətlərin, Azərbaycan ordusunun və xalqının rəğbətini qazanmış Prezident İlham Əliyevə taleyin bir hədiyyəsidir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bu gün ölkəmizin siyasi qələbəsidir, gələcəkdə isə sosial və iqtisadi qələbəsi olacaq. İşğaldan azad edilmiş ərazilərimizin bərpası yeni iş yerlərinin açılmasına, su təhlükəsizliyinə, beynəlxalq layihələrin icarsının təmin edilməsinə, nəqliyyatın, beynəlxalq yük və sərnişin daşımalarının, kənd təsərrüfatının, turizmin, sahibkarlığın və s. sahələrin inkişafına gətirib çıxaracaq və əsl qələbəmizi biz dövlət olaraq məhz o zaman əldə edəcəyik.   

TIME.NET.AZ İNTERNET PORTALININ KOLLEKTİVİ PREZİDENT İLHAM ƏLİYEVİ AD GÜNÜ MÜNASİBƏTİLƏ ÜRƏKDƏN TƏBRİK EDİR VƏ NÖVBƏTİ İLLƏRDƏ CAN SAĞLIĞI, XOŞBƏXTLİK VƏ YENİ QALİBİYYƏTLƏR ARZU EDİR!

Aynur Vəliyeva

Leave a ReplyCancel reply