Pandemiya dövründə qiymətləndirmələrə və imtahanlara necə hazırlaşa bilərsiniz?

Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış və qəbul imtahanlarına hazırlaşan abituriyentlər, şagirdlər, həmçinin müəllimlər üçün faydalı ola biləcək müxtəlif növ elmi-metodiki vəsaitlər hazırlanır. Bundan əlavə, son 1 neçə ayda yaranmış pandemiya şəraiti ilə əlaqədar abituriyentlərin, şagirdlərin ənənəvi tədris üsullarından istifadə imkanları azaldığı üçün Mərkəz tərəfindən onlayn resursların hazırlanması işinə xüsusi diqqət yetirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hazırda DİM tərəfindən abituriyentlərə və şagirdlərə kömək məqsədilə müxtəlif növ onlayn sınaq imtahanları, orta məktəb dərsliklərinin mövzuları üzrə vizuallaşdırılmış dərslər, qəbul imtahanı fənləri üzrə videomühazirlər təqdim olunur.

Abituriyentlər, şagirdlər, müəllimlər, həmçinin valideynlər xüsusi karantin rejimi və tədris prosesində yaranmış mövcud vəziyyətdən daha da səmərəli istifadə etmək üçün DİM tərəfindən aşağıda təqdim olunan tədris resurslarından yararlana bilərlər:

“Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” (5-11-ci siniflər)

Qüvvədə olan tədris proqramına və fənn kurikulumlarına uyğun tərtib olunmuş bu vəsaitlər orta məktəb şagirdləri, abituriyentlər və müəllimlər üçün etibarlı mənbə hesab olunur. Bu vəsaitlərdən istifadə etməklə məktəblilərin təlim nailiyyətlərinin qiymətləndirilməsi həyata keçirilir. Vəsaitlərdən həm diaqnostik, həm formativ, həm də summativ qiymətləndirmədə istifadə olunur.

“İbtidai siniflər üçün qiymətləndirmə tapşırıqları”

1–4-cü sinif şagirdləri Azərbaycan dili və riyaziyyat fənləri üzrə hazırlanan bu vəsaitlərdən istifadə etməklə məntiqi, nəzəri bilik və bacarıqlarını yoxlaya bilərlər. Vəsaitlərdə yer alan tapşırıqlarla tədris prosesində diaqnostik, formativ, summativ qiymətləndirmə aparmaq mümkündür.

“Test topluları”

Test topluları şagirdlər, abituriyentlər, müəllimlər tərəfindən geniş istifadə olunur. Eyni zamanda təlim-tədris prosesində biliyin qiymətləndirilməsində istifadə üçün faydalı vəsaitdir. Bu toplulara DİM tərəfindən müxtəlif illərdə və müxtəlif təyinatlı imtahanlarda, habelə heç bir imtahanda istifadə olunmamış tapşırıqlar, yeni test modelləri daxildir.

Yeni təhsil proqramı üzrə imtahana hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait

Bu vəsaitlər DİM-in qəbul imtahanları proqramı əsasında hazırlanan nəzəri materiallardan ibarətdir.

DİM-in qeyd olunan nəşrlərini (o cümlədən “Abituriyent” jurnalının buraxılışlarını)  abiturient.az saytında bank kartı vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. Nəşrlər poçt xidməti vasitəsilə Bakı şəhəri daxilində 2-3 gün, regionlar üzrə isə məsafədən asılı olaraq ən geci 5-7 gün ərzində sifarişçinin ünvanına çatdırılır.

Otk.az vasitəsilə onlayn sınaq imtahanları

DİM tərəfindən otk.az portalı vasitəsilə müxtəlif növ onlayn sınaq imtahanları keçirilir. İstifadəçilər portalda fənlər və siniflərin hər bir mövzusu üzrə sınaq imtahanları vermək imkanına malikdirlər. Portalda, həmçinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış və qəbul imtahanları, dövlət qulluğu, rezidentura, magistratura və doktoranturaya qəbul üçün sınaq imtahanları yerləşdirilib.

“Vizuallaşdırılmış dərs”lər

Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalına “vizuallaşdırılmış dərs“lər də yerləşdirilib. Məktəb dərsliklərinin hər bir mövzusuna aid olan bu dərslərdə mövzular sadə dildə izah edilir və animasiyalarla müşahidə olunur. Hər bir dərsin müddəti mövzunun həcmindən asılı olaraq orta hesabla 2-3 və 10-12 dəqiqədir. Şagirdlər mövzuları dərsliklərlə bərabər bu videodərslərdən də öyrənə bilərlər.

“Videomühazirələr”

Mərkəzin “Youtube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini də izləyə bilərsiniz. Portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, русскый язык, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 151 videomühazirə yerləşdirilib. 

Ümidvarıq ki, yuxarıda təqdim olunan materiallardan həm şagirdlər, həm abituriyentlər, həm də fənn müəl­limləri faydalana bilirlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma