Təhsil nazirliyi xaricdə təhsil proqramları elan edib

Azərbaycan Təhsil Nazirliyi tələbələr və müəllimlər üçün xaricdə təhsil almaq imkanı təqdim edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Çin Xalq Respublikasının 2021-2022-ci tədris ili üçün elan etdiyi təqaüd proqramına sənəd qəbulu davam edir.

Sənəd qəbulu 6 yanvar 2021-ci il tarixinə kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2021-ci ilin iyul ayı ərzində təqdim olunması gözlənilir.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır.

Eyni zamanda, nazirlik müəllimlər üçün Yaponiyada təqaüd proqramı elan edib. Ümumtəhsil məktəblərinin müəllimləri üçün Yaponiyada “Kyokensei-Gənc müəllimlər üçün təlim” (“Kyokensei”) proqramına sənəd qəbulu başlayıb. Proqrama müraciət etmək istəyənlər üçün son tarix 29 yanvar 2021-ci ildir.

Təqaüd proqramı barədə ətraflı məlumatla müvafiq linkə (https://www.az.emb-japan.go.jp/itpr_ja/11_000001_00142.html) daxil olaraq tanış ola bilərsiniz.

Qeyd edək ki, “Kyokensei” hazırda Azərbaycanın ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlər üçün nəzərdə tutulub və onlara Yaponiyanın müəllimlərin yetişdirilməsi institutlarının təlimlərində iştirak etmək şansı təqdim edən magistratura səviyyəsi üzrə proqramdır.

Leave a Reply