“8 noyabr” stansiyası harada və nə vaxt istismara veriləcək? – VİDEO

Bu gün sosial şəbəkələrdə yeni “8 noyabr” stansiyasının ümumi dizaynı və zahiri görünüşü təqdim edilən video çarx paylaşılıb, lakin stansiyanın tam istismara verilməsi üçün görüləcək işlər var.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun TIME internet portalına verdiyi məlumata əsasən, Bakı Metropoliteninin yeni “8 noyabr” stansiyasının istismara verilməsi üçün son tamamlama işləri aparılır və gələn ilin əvvəlində açılışı planlaşdırılır.

 “Stansiyanın pandemiya şəraitində tam təhlükəsiz fəaliyyət göstərməsi üçün bütün lazımi tədbirlər görüləcək. Bundan başqa stansiyanın daxili infrastrukturunun tamamlanması, təhlükəsizliyin təmin edilməsi, metro xəttlərində qrafika uyğun hərəkət etməsi üçün müvafiq işlər aparılır və gələn ilin əvvəlində güman edirik ki, bu işlər başa çatacaq”, – deyə B. Məmmədov qeyd edib.

Bakmetropolitenin rəsmisi onu da bildirib ki, yeni “8 noyabr” stansiyası Bənövşəyi xətt üzrə hərəkət edəcək və “Avtovağzal” stansiyasından sonra yer alıb. Yeni stansiyanın əsas girişi Jeyhun Səlimov küçəsində, Mərkəzi Hərbi Hospitalın yaxınlığında, yerləşək.

“Bənövşəyi xətt Azərbaycanın müstəqillik dövründə yaradıldığı üçün artıq bütün müasir texnologiyalarla təchiz edilib, eyni zamanda bu xətti bütün stansiyalarında, “8 noyabr” stansiyası daxil olmaqla, fiziki qüsurları olan insanların metrodan rahat istifadə etmək üçün əlil arabasının endirilməsi üçün şərait, xüsusi taktil zolaqlar və lift quraşdırılıb. Hazırda biz müvafiq sosial layihə çərçivəsində bu istiqamətdə monitorinq işləri aparırıq və digər stansiyalarda da təkmilləşdirmə işlərini həyata keçirilməsi nəzərdə tutulur”, – deyə B. Məmmədov qeyd edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma