Selçuk Bayraktar: “Azərbaycanlı gənclərin “Baykar Makina” şirkətində təcrübə keçmələri də nəzərdə tutulur”

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “FA International Trade Events” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən “World Net Summit” beynəlxalq onlayn konfransın ikinci günü maraqlı panellərlə davam edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Facebook hesabında, tədbirdə Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru və “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Selçuk Bayraktarın çıxışı haqda məlumat ilə paylaşıb.

Selçuk Bayraktar: “Qələbədə ölkəmizin istehsalı olan milli texnologiyanın rol oynaması bizə qürur verir” Nəqliyyat,…

Опубликовано Ramin Quluzadə Пятница, 18 декабря 2020 г.

S.Bayraktar Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin başa çatması, Vətən müharibəsində qazanılan qələbə münasibətilə təbrik edib və şəhidlərimizə Allahdan rəhmət diləyib.

 “Qarabağ məsələsini gənclik illərimizdən içimizdə bir ağrı kimi hiss edirdik. Bu gün  Azərbaycan və Türkiyə ordularının böyük səyi nəticəsində bu ağrı bitdi. Qələbədə ölkəmizin istehsalı olan milli texnologiyanın rol oynaması bizə qürur verir. Bu zəfərin əsl sahibləri isə şəhidlərdir. Eşq olsun türk ordularına. Yaşasın Azərbaycan – Türkiyə qardaşlığı!” – deyə Bayraktar qeyd edib.

O, pilotsuz uçuş aparatı sənayesində fəaliyyətləri, inkişaf strategiyaları  barədə geniş məlumat verib. Hərbi milli sənaye hərəkatında dronların əhəmiyyətli rolundan bəhs edib. Bayraktarın sözlərinə görə, hazırda Türkiyə dron istehsalı ilə məşğul olan 6 ölkədən biridir.

S.Bayraktar çıxışında Vətən müharibəmizdə də istifadə edilən “Bayraktar TB2” pilotsuz uçuş aparatlarına geniş yer verib. Bildirib ki, bu aparatlar Azərbaycan da daxil olmaqla 4 ölkəyə ixrac olunub. Hazırlanmasında süni intellektdən istifadə edilən “Bayraktar TB2”-nin detallarının 93 faizi milli istehsaldır.

O, həmçinin pandemiya dövründə süni tənəffüs cihazları istehsalına başladıqlarını diqqətə çatdırıb və cihazların strukturu haqda danışıb.

Selçuk Bayraktar “Türkiye Teknoloji Takımı” inkubasiya mərkəzini yaratdıqlarını söyləyib: “Mərkəzimiz süni intellekt, əşyaların interneti, müasir texnologiyalar  sahəsində fəaliyyət göstərir. Bu istiqamətdə gənclərin yeni bilik və bacarıqlar qazanması və yeniliklərə imza atması əsas hədəfimizdir”.

S. Bayraktar əlavə edib ki, azərbaycanlı gənclərin “Baykar Makina” şirkətində təcrübə keçmələri də nəzərdə tutulur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma