“YAŞAT” Fondunun saxta hesabları yaradılıb: ianə göndərənlər hara müraciət etməlidirlər?

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “YAŞAT” Fonduna ianə edən vətəndaşlara müraciət edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, son günlər “YAŞAT” Fondunun adından istifadə edilməklə vətəndaşlara ianələrin ödənişi üçün saxta hesab nömrələri, linklər təqdim olunur, sosial şəbəkələrdə saxta səhifələr yaradılır.

Bu cür linklərdə, sosial şəbəkələrdəki paylaşımlarda tamamilə təhrif olunmuş məlumatlar əks olunur.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bildirir ki, bu cür addımların həyata keçirilməsi yolverilməzdir və həmin şəxslər barəsində qanunamüvafiq, tam ciddi məsuliyyət tədbirləri həyata keçiriləcək.

Bu cür hallarla qarşılaşan vətəndaşlarımızdan xahiş olunur ki, “YAŞAT” Fondunun sosial şəbəkələrdəki səhifələrinə və 108 “Çağrı” Mərkəzinə müraciət etsinlər.

 “YAŞAT” Fondunun sosial şəbəkələrdəki səhifələri aşağıdakılardır:

“Facebook” – https://www.facebook.com/YASHATFondu

“İnstagram”- https://www.instagram.com/yashatfondu/

“Twitter” – https://twitter.com/yashat_fondu

“Linkedin” – www.linkedin.com/company/yaşat-fondu/

Fonda vəsait onlayn qaydada elektron ödəmə portalları, SMS vasitəsilə, bank köçürməsi vasitəsilə və ödəmə terminalları vasitəsilə toplanılacaqdır. Hazırda “ASAN ödəniş” portalı vasitəsilə də Fonda ianə göndərmək mümkündür. Keçid: https://asanpay.az/

“YAŞAT” Fondunun bank rekvizitləri ilə http://vxsida.az/az/annouces/1493  keçidi vasitəsi ilə tanış olmaq olar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma