Türkiyə Qarabağda atəşkəsin davamlı olması üçün lazımı addımları atacaq – VİDEO

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu türk telekanallardan birinə verdiyi müsahibəsində Qarabağda atəşkəsin davamlı olması üçün lazımi addımların atılacağını bəyan edib.

TIME bildirir ki, M. Çavuşoğlu müsahibəsində ilk öncə ABŞ-ın Türkiyə qarşı sanksiyaların tətbiqi ilə bağlı məsələyə və bir sıra digər önəmli  məqamlara münasibətini açıqlayıb.

Qarabağda Türkiyə müşahidəçilərinin yerləşdirilməsi ilə bağlı sualı cavablandlraraq nazir bildirib ki, hazırda Qarabağda müşahidə nöqtələri barədə məsələlərlə bağlı Azərbaycanla danışıqlar aparılır:

“Ən qısa zamanda bu mərkəzi quracağıq. Atəşkəsin davamlı olması üçün lazımı addımları atacağıq. Bunun tezliklə reallaşmasında fayda var. Son günlər Ermənistan tərəfindən atəşkəsin pozulması halları baş verdi. Azərbaycan onların cavabını verdi, amma burada Rusiyanın da məsuliyyəti var. Çünki üçtərəfli bəyanata əsasən, orada Rusiyanın sülhməramlı qüvvələri var. Rusiya atəşkəsin pozulmasının qarşısını almalıdır, əks təqdirdə Azərbaycan Prezidenti cənab İlham Əliyev lazımi mesajı verib”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma