Gənc soydaşımızın çəkdiyi “Ghost Bikes” filmi növbəti dəfə uğur qazanıb

Sabah, dekabrın 18-də, Los- Ancelesdə keçirilən ənənəvi tələbə filmi festivalının “Ən Yaxşı Sosial Təsirli Film” nominasiyasında birinci yerə layiq görülən “Ghost Bikes” (“Kabus motosikletlər”) adlı qısametrajlı sənədli filmi nümayiş ediləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, COVİD-19 pandemiyası ilə bağlı məhdudiyyətlər üzündən ABŞ-ın Kaliforniya ştatında yaşayan soydaşımız Məltəm Sadıqovanın müəllifi olduğu “Ghost Bikes” filmi onlayn olaraq 18 dekabr tarixində nümayiş olunacaq (https://www.lacla.org/sff2020 ). Sonra münsiflər heyəti filmin seçilmə səbəbini izah edəcəklər.

Latın Amerikası Sinemateka Cəmiyyətinin təşkil etdiyi müsabiqəyə 200 film təqdim olunub. Məltəm Sadıqova öz filminin ssenarisini 16 yaşında yazıb, çəkib və montaj edib. Cəmiyyətin hər il təşkil etdiyi müsabiqə Los-Angeles bölgəsində yaşayan gəncləri və tələbələri film çəkməyə təşviq edir və qısametrajli filmlərin nümayiş olunmasını təmin edir.

Sevindirici haldır ki, bu, filmin aldığı ikinci mükafatdır. 2020-ci ilin mayında film Amerikanın Notre Dame Universitetinin tələbə filmi müsabiqəsində “Yaxşılığın Gücü” nominasiyası üzrə “Ən yaxşı film” adına layiq görülüb.

Qeyd edək ki, istedadlı gənc soydaşımız Məltəm Sadıqova “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabının müəllifi Fəridə Sadıqova-Buyuranın qızıdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi olaraq gənc soydaşımızı təbrik edir və gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma