Azərbaycan Mədəniyyət Nazirliyi ölkəmizdə el arasında “Xarı bülbül” kimi tanınan ofris bitkisinə həsr olunmuş video çarx hazırlayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, IUCN Qırmızı Siyahısına görə bu bitki növünün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir.
Mədəniyyət nazirliyinin dəstəyi ilə hazırlanmış video çarx Azərbaycan xalqının vətənsevərliyini, dəmir iradəsini və yenilməzliyini nümayiş etdirir.
Video çarx nazirliyin məlumatında: “Fəxr edirik xalqımızla, ordumuzla! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!” sözləri ilə şərh edilib.
Mədəniyyət Nazirliyinin “Xarı bülbül” video çarxını təqdim edirik: