Təcrid zamanı psixoloji və fiziki sağlamlığımızı necə qoruyaq?

Sosial uzaqlaşma mənfi psixoloji və fizioloji təsirlərə səbəb ola bilər. Ancaq ümumi sağlamlığınızı qorumaq üçün edə biləcəyiniz şeylər var.

Tədric zamanı ola bilsin ki, dostlarla  və yaxınlarla aramızda bir uçurum, sosial uzaqlaşma və iş yeri ofis olan tək yaşayan işçilərin adət etdiklərindən daha çox tək buraxılması müşahidə olunur. Bəziləri təcrid olunmanı sakit qəbul edir və rahat bir evdə oturaraq çörək bişirməklə, kitab oxumaqla, daha uzun zaman duş qəbul etməklə bu vaxtı keçirirlər. Amma elələri də var ki, dalaşmağa başlayır… Onlar bunun üçün bir çox səbəb tapırlar: dostları FaceTiming istədikləri keyfiyyətdə deyil, sevdikləri çayxana bağlanıb deyə az qala ağlayırlar, onlar tək qaldıqda divarlar üstlərinə gələcək kimi gəlir onlara, halbuki elə bir təhlükə potensial olaraq belə yoxdur.

İstənilən halda hər iki kateqoriyaya aid olan insanla bir müddət sonra təcrid olunmanı, onun sonu bəlli olmursa, çətin keçirirlər, çünki insan sosial varlıqdır və ünsiyyət onun üçün vacib olan bir amildir, biz buna alışırıq, amma əsla barışmırıq.  

Nə qədər qıcıq olsanız da, bilin ki, bunun bir sonu var və gözünüzün önünə astronavtları gətirin, onlar aylarla öz evlərində sevdikləri kresloda oturub, tum çırtlayaraq növbəti seriala baxıb narazılıq etmirlər, Yer kürrəsindən çox-çox uzaqda, gündəlik həyatlarından məhrum olmuş bir vəziyyətdə, yediklərindən başlayaraq, tualetlərinə kimi tam başqa bir qaydada yaşayırlar, və onları hər an potensial bir təhlükə gözləyir, və bu bizim alışdığımız paltaryuyan maşının sınması, kompüterə virusun düşməsi, ərin evə gec gəlməsi, arvadın xörəyi bu gün bişirməməsi və ya duzlu bişirməsi kimi bir “global” problem deyil, bu onların həyatına son qoya biləcək bir təhlükədir. Bir anlıq düşünün, onlar, cinayətkar olmasalar da, Yer üzündən uzaqda bir “məhkumdurlar”.     

Mütəxəssislər təcrid olunmaya beyninizdə yalnız cansıxıcı bir vəziyyət olduğu ilə bağlı yanaşmanı silməyə çalışmalısınız və bunun müsbət tərəflərini görməyə çalışmalısınız. Houston Universitetinin klinik psixoloqu John Vincent deyir ki: “İnsanlar kiçik dünyalarına müsbət töhvə müşahidə etmədiklərində apatik olmağa başlayırlar. Depressiyanın başlayacağını gözləyə bilərik, depressiya ilə narahatlıq hissləri isə öpüşən əmiuşaqları kimi bir birlərinə yaxındırlar”. Cənubi Kaliforniya Universitetində ekstremal mühitlərə psixososial uyğunlaşma mövzusunda araşdırma aparan Lourens Palinkasın dediyinə görə bu simptomların koronavirusla əlaqəli təcrid zamanı xüsusilə sıx olması ehtimalı var. Palinkas, “Çox vaxt, təcrid olunma müddəti məlumdursa, insanlar bu müddətin ortalarına kimi özlərini yaxşı hiss edirlər, sonra isə əhvalları pisləşir. Lakin hazır ki, vəziyyətdə, bir çox insanın psixoloji vəziyyətində nasazlıqlar ortaya çıxır”, – deyə Palinkas mövcud vəziyyəti qiymətləndirir.

Təcridxanada saxlanılan insanlar və ya ucqar bir bölgədə çalışan elm adamları kimi, cəzalarının az qaldığını biləndə, ümidləri yenidən gözləyərək yüksəlir. Covid-19 səbəbi ilə sosial məsafəni qorumalı olanlar bu müsbət emosiyaları əldə edə bilmirlər, çünki bunun sonu daim uzaqlaşdırılır.

Yalnızlığın psixoloji gərginliyinin fizioloji cəhətdən də təzahürləri mövcuddur. Yaşlı yetkinlərdə, xüsusən də qaradərili cəmiyyətdə sosial təcridetmə ilə məşğul olan Harry Taylor, insanların ümumi rifahı üçün edə biləcəyi ən pis şeylərdən biri olduğunu söyləyərək, “sosial təcridetmənin ölüm təsiri, gündə 15 siqaret çəkməyə bənzəyir”. Yaşlı insanlarda sosial təcrid, ürək-damar xəstəliklərindən Alzheimerə qədər mövcud olan tibbi vəziyyəti daha da ağırlaşdırır, ancaq pis təsirləri 60 yaşdan yuxarı olanlarla məhdudlaşmır.

Süni Mars planetinə yerləşdirilmiş cavan və hazırlıqlı astronavtları müşahidə edən mütəxəssislər, hətta onların fiziki vəziyyətində belə dəyişikliklərin baş verdiyini bildirirlər. Onlar əsl təhlükə şəraitində olmayan gənc və təlim keçmiş insanlar olmaqlarına baxmayaraq onların bədənində dəyişikliklər baş verir.  Bəzilərinin artıq üç ay təcrid olunduqdan sonra yuxularında, immun, endokrin və neyrokognitiv sistemində dəyişikliklər və metabolizmlərında dəyişikliklər yaşayırlar. Johns Hopkins Universitetində sosial əlaqələrin və yaşlanmanın kəsişməsini araşdıran bir geriatrist olan Thomas Cudjoe, “Yaşlı yetkinlər arasında, aşağı gəlirli insanlar və kişilər fərqli bir səviyyədə təcrid yaşayırlar” deyir. Elə həssas sosial qruplar var ki, onların zəng etmək üçün dostları və ya ailələri olmaya bilər və ya imkanları yoxdur, çünki gəlir yerləri yoxdur və ya texnoloji vasitələrə çatacaq qədər gəlirləri yoxdur.

Buna görə də,  mütəxəssislər əhval ruhiyyələrini artırmaq üçün idmanla məşğul olmağı, gündəlik gəzintiləri (dükana belə olsa) ertələməməyi, mümkün olduğu qədər məsafədən də olsa tənha insanlarla ünsiyyəti davam etməyi, bir müddətdir eşitmədiyiniz şəbəkənizdə olan insanlar haqqında düşünməyi, onlara zəng etməyi və ya bir məktub yazmağı tövsiyə edirlər.

Yaxınlığınızda işləyən kitabxana varsa ora yazılın və “canlı” kitablar oxuyun, toxumağı öyrənin, bu çox gözəl vaxt keçirmə üsuludur, bacarıqlı olsanız bu əl işlərini sata da bilərsiniz və bu sizin üçün kiçikdə olsa gəlir yeri olar, əks halda sadəcə başınızı qatarsınız.

Çoxdandı baxmaq istədiyiniz filmlərə nəhayət baxın, ritmik və ya ruhunuzu dinləndirəcək mahnılar toplusu yaradın və onlarla təcriddə olduğunuz günlərə rəng qatın.  

Bloq yaradın və onun üzərində işləməyə başlayın, gündəlikdə olmasa vaxtaşırı, onu yeni yazılarla və ya videolarla yeniləyin.

Təhsil alın, müxtəlif pulsuz və ya pullu treninqlərdə, kurslarda iştirak edin biliklərinizi təkmilləşdirin.

Ailəlisinizsə ailəvi masaüstü oyunlar oynayın, pazl toplayın, sonra isə çalışın öz əllərinizlə onun üçün bir çərçivə düzəldəsiniz.    

Aynur Vəliyeva

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma