Sabah havanın kəskin dəyişəcəyi proqnozlaşdırılır

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə dekabrın 17-dən 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, bəzi yerlərdə arabir 20 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dekabrın 17-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Səhər zəif duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz  8-10 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət  80-90 faiz  təşkil edəcək.

Dekabrın 17-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə  duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir  güclənəcək.  

Havanın temperaturu  gecə 1-6,  gündüz 7-10 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.   Tibbi-meteoroloji proqnozDekabrın 17-də Abşeron yarımadasında mülayim küləkli və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma