İcbari tibbi sığorta ilə bağlı qayda təsdiqlənib

Nazirlər Kabineti tərəfindən “İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydası” təsdiq edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Tibbi sığorta haqqında” Qanuna əsasən icbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim olunması qaydasının müəyyən edilməsi nəzərdə tutulub.

Həmin qanuna əsasən icbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim olunması qaydası – icbari tibbi sığorta fondunun maliyyə mənbələrini, icbari tibbi sığorta haqlarının hesablanmasını və ödənilməsini, icbari tibbi sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə yaranmış borc məbləğlərinin tutulmasını, artıq ödənilmiş sığorta haqlarının qaytarılmasını, icbari tibbi sığorta üzrə təqdim ediləcək hesabat formasını, həmçinin icbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılmasını və hesabatının təqdim edilməsinin icrasına nəzarəti tənzimləyir.

Qanunla nəzərdə tutulmuş qayda İcbari tibbi sığorta üzrə maliyyə vəsaitlərinin müvafiq mənbələrdən daxil olan maliyyə axınlarının uçotunun aparılmasını, icbari tibbi sığorta fonduna dair hesabatlılıq sisteminin yaradılmasını, eyni zamanda ölkə üzrə vahid hesabat formasının və hesabatların dövriliyinə dair tənzimlənməni təmin edir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma