Azərbaycanda vaksinasiya necə həyata keçiriləcək və hansı vaksinlər vurulacaq?

Bu gün Bakıda koronovirusla mübarizə üzrə Operativ Qərargahın növbəti brifinqi keçirilib.

TIME bildirir ki,  brifinqdə TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı qeyd edib ki, bəzən bir xəstəni xilas etmək üçün 5-6 həkim öz həyatını təhlükəyə atır:

“Xəstəliyin 2-ci dalğası ilə çətin vəziyyət yaşayırıq. Gündəlik yoluxmaların sayı xeyli artıb, lakin hələ ki, biz bunun öhdəsindən gələ bilirik, ancaq səhiyyə sistemi limitsiz deyil. Ona görə də vaksinasiya prosesinin tətbiq edilməsinə çalışırıq”.

R.Bayramlı onu da bildirib ki, vaksinlər sayəsində dünyada 10-larla təhlükəli xəstəliklərin qarşısı alınıb:

“Əgər bu vaksinlər olmasaydı dünyamız daha təhlükəli olardı. Təəssüflər olsun ki, biz yeni koronavirus pandemiyası ilə üz-üzə qalmışıq. Koronavirus ağ ciyərdən orqanizmə daxil olur və bədənə yayılır. Virus bir daxil olur və minlərlə xaric olur, bədən orqanlarını destruktrizasiyaya uğradır. COVİD-19 xəstəliyi pandemiyadır və virusa qarşı effektiv dərman vasitəsinin tapılması uzun bir yoldur. Sərt karantin rejimi də iqtisadi baxımdan ağır prosesdir. Hazırda ən asan yol vaksinasiyadır”.

O qeyd edib ki, müxtəlif şirkətlər tərəfindən təklif edilən vaksinlər var və Azərbaycan 5 mövcud vaksinlə tanış olub. Bu vaksinlər ABŞ-Almaniya tərəfindən birgə istehsal edilən, Rusiya (Sputnik V), ABŞ (Moderna) Oxford Universitetində (İngiltərə, İsveç alimləri və AstraZeneca Şirkəti ilə birgə hazırlanan) və Çində (Sinovac) istehsal edilən vaksinlərdir.

Öz növbəsində səhiyyə nazirinin müavini Viktor Qasımov deyib ki, Azərbaycana alınıb gətiriləcək vaksinlər təhlükəsizilik göstəricilərinə 100 faiz cavab verəcək.

Onun sözlərinə görə, vaksinlərin ölkəyə gətirilməsi zamanı “Soyuq zəncir” prinsipinə əməl ediləcək. Eyni zamanda, tibbi personalın vaksinasiyasının aparılmasına hazırlığı da təmin ediləcək.

R. Bayramlı xəbər verib ki, lkin mərhələdə Azərbaycan əhalisinin 10 faizinin vaksinasiyaya cəlb olunması nəzərdə tutulur, daha sonra peyvəndlərin tətbiq ediləcəyi insan sayı artırılacaq:

 “Nə qədər çox insan vaksinasiya olunarsa, kütləvi immunitetimiz bir o qədər də möhkəm olar”.

Son məlumata əsasən, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 273 yeni yoluxma faktı qeydə alınıb, 4 164 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 41 nəfər vəfat edib

İndiyədək ölkədə ümumilikdə 183 259 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 119 005 nəfər müalicə olunaraq sağalıb, 2007 nəfər vəfat edib, aktiv xəstə sayı 62 247 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 231, ötən müddət ərzində isə ümumilikdə 1 980 579 test aparılıb.

Qeyd edək ki, dünya üzrə tanınmış biznesmen və səhiyyə sahəsində müxtəlif layihələrin həyata keçirilməsinə milyonlarla investisiya yatırmış mesenat amerikalı biznesmen Bill Qeyts keyfiyyətli və yoxlanılmış bir vaksinin hazırlanması üçün ən azından 5-8 il tələb olunur. Pandemiyanın elan olunduğu ilk günlərdə o, eksperimental peyvəndin hazırlanması ən yaxşı halda iki il tələb etdiyini bildirib. İstənilən peyvənd ilkin mərhələdə laborator sınaqlardan keçirilir, sonra müxtəlif heyvanlar üzərində sınaqdan keçirilir, daha sonra az sayda könüllü insan üzərində, sonra isə daha çox insan üzərində təcrübədən keçirilir və onun qısa və uzun müddətdən sonra kı fəsadları öyrənilir. Ümumdünya səhiyyə təşkilatı vaksinasiya prosesinin könüllü əsaslarla keçirilməsini məqsədə uyğun hesab edir.   

Leave a Reply