Qarabağda biznes qurmaq istəyən sahibkarlar hara müraciət etməlidirlər?

İşğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarlar biznes layihələrini Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) təqdim edə bilərlər.

TIME rəsmi mənbəyə istinadən bildirir, agentliyə müraciət edən sahibkarlara işğaldan azad olunmuş ərazilərin iqtisadi və investisiya potensialına dair informasiya, məsləhət, əlaqələndirmə və digər dəstək və xidmətlər göstəriləcək.

İşğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarlar müvafiq formanı (https://bit.ly/37dIt12) doldurmaqla KOBİA-ya (ayaz.adilov@smb.gov.az) təqdim etməlidirlər. Əlavə məlumat üçün: (+994) 50 551 52 53 və (+994) 55 500 12 30, Ayaz Ədilov.

Leave a Reply Cancel reply