Həvəskar aşpazlar karantində virtual olaraq dünya mətbəxlərini gəzirlər

Məşhur kulinariya qrupunda “Dünyanın dadı” adlı müsabiqə keçirilir.

TIME bildirir ki, Facebook sosial şəbəkəsinin ən dadlı kulinariya qruplarının birində növbəti maraqlı müsabiqə təşkil olunub. “Dünyanın dadı” adlanan müsabiqə çərçivəsində iştirakçılar virtual olaraq ölkələri gəzib həmin ölkələrin mətbəxlərinə aid yeməklər hazırlayırlar. Həftənin sonunda isə peşəkar aşpaz Mehman usta Hüseynöv bütün iştirakçıların işlərini qiymətləndirib qalibləri seçir.

Artıq bir həftəyə yaxındır ki, “Азербайджанская Кухня и не только” adlı Facebook qrupunda “Dünyanın dadı” adlı müsabiqəyə start verilib. Layihə çərçivəsində qrup iştirakçılarının virtual olaraq 12 ölkəyə səyahət edəcəkləri planlaşdırılıb. Müsabiqənin birinci həftəsində ilk səyahət qardaş ölkə Türkiyəyədir. Qrup üzvləri türk mətbəxinin bir-birindən ləzzətli reseptlərini hazırlayıb paylaşırlar.

Müsabiqənin gedişatını böyük həyəcan və fəxrlə izləyən qrupun admini və müsabiqənin müəllifi Kübra Kərimlinin sözlərinə görə, bu layihənin təşkil olunmasında məqsəd karantin rejimində evdə qalanlara mənəvi dəstək olmaq, yemək bişirməyi sevən insanları az da olsa gündəlik problemlərdən uzaqlaşdırmaq, ən əsası isə dünya mətbəxini qrup iştirakçıları arasında tanıtmaq və daha əlçatan etməkdir.

“Xatırlayırsınızsa, bir neçə ay bundan öncə qrup iştirakçıları arasında çox sevilən “Ulduzu təkrarla” müsabiqəsini təşkil etmışdım. Qrup üzvləri Azərbaycanın məşhur insanlarının hazırladıqları yeməkləri təkrarlayıb birincilik uğrunda mübarizə aparırdılar. Bu dəfə müsabiqənin formatı tam fərqlidir. Müsabiqə tədqiqat və paylaşma xarakteri daşıyır. Qrupda dünyanın hər yerindən üzv var. İstəyirəm ki, dünya bizim necə bacarıqlı və yeniliklərə açıq olan millət kimi tanımağa davam etsin. Hesab edirəm ki, bizim xalqımız hər bir sahədə necə qabiliyyətli olduğunu nümayiş etdirməli və dünyaya göstərməlidir,” deyə Kübra Kərimli vurğulayıb.

Xatırladaq ki, növbəti həftələrdə qrup üzvlərinin İtaliya, Hindistan, Yaponiya, Pakistan, Meksika və digər ölkələrə virtual səyahətlər edəcəklər.

Müsabiqəyə qoşulmaq üçün Facebookdakı “Азербайджанская Кухня и не только” qrupuna üzv olmaq lazımdır: https://www.facebook.com/groups/158809490864818/

Müsabiqənin şərtləri haqqında ətraflı məlumat qrupda paylaşılıb.

Xatırladaq ki, “Азербайджанская Кухня и не только” qrupu 2011-ci ildən fəaliyyət göstərir və qrupun 20000 yaxın üzvü var.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma