Xaricdə dövlət hesabına doktorantura təhsili üçün sənəd qəbulu davam edir

Təhsil Nazirliyinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yaz semestri üçün sənəd qəbulu davam edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, proqram xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində doktorantların təhsil, təqaüd, viza, tibbi sığorta və beynəlxalq nəqliyyat xərclərinin maliyyələşdirilməsi həyata keçirilir.

Qeyd edək ki, ilk sənəd qəbulu 2019-cu ilin noyabr ayında başlamış Dövlət Proqramında artıq 56 tələbə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilən müsahibə vasitəsilə namizədlər arasında seçilərək ABŞ, Almaniya, Birləşmiş Krallıq, Belçika kimi ölkələrdə təhsil alıb, tədqiqatlarını aparmaq hüququ qazanıblar. Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər e-poçt vasitəsilə dpinfo@edu.gov.az ünvanına müraciət edə bilərlər. Müraciətlər üçün son tarix 15 dekabr 2020-ci il olaraq müəyyən edilib.

Xaricdə dövlət hesabına doktorantura təhsili üçün sənəd qəbulu davam edir

Təhsil Nazirliyinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yaz semestri üçün sənəd qəbulu davam edir.

Proqram xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində doktorantların təhsil, təqaüd, viza, tibbi sığorta və beynəlxalq nəqliyyat xərclərinin maliyyələşdirilməsi həyata keçirilir.

Qeyd edək ki, ilk sənəd qəbulu 2019-cu ilin noyabr ayında başlamış Dövlət Proqramında artıq 56 tələbə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilən müsahibə vasitəsilə namizədlər arasında seçilərək ABŞ, Almaniya, Birləşmiş Krallıq, Belçika kimi ölkələrdə təhsil alıb, tədqiqatlarını aparmaq hüququ qazanıblar. Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər e-poçt vasitəsilə dpinfo@edu.gov.az ünvanına müraciət edə bilərlər. Müraciətlər üçün son tarix 15 dekabr 2020-ci il olaraq müəyyən edilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma