Qatarlarda müasir təhlükəsizlik sistemi qurulacaq

Strateji baxımdan mühüm geosiyasi məkanda yerləşən Azərbaycan tarix boyu diqqət mərkəzində olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, təkcə neft və qaz ixrac edən ölkə kimi deyil, həm də Asiya və Avropa qitələri arasında hər zaman körpü rolunu oynayıb. Bu gün ölkəmiz Bakı-Tbilisi-Qars dəmiryolu xətti, “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri və s. kimi regional və qlobal enerji, nəqliyyat layihələrinin təşəbbüskarı, fəal iştirakçısı rolunda çıxış edir.

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun alim və mütəxəssisləri də ölkəmizə bu işdə öz töhfələrini vermək üçün çalışırlar. Müəssisənin direktoru, akademik Telman Əliyev bildirib ki, institutun əməkdaşları “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizi boyunca “dəmir yolu yatağının təhlükəsizliyi”, “öncədən seysmik xəbərdarlıq sistemi” kimi layihələr təklif ediblər.

Onun sözlərinə görə, təklif olunan layihələr artıq uğurla sınaqdan keçirilib. Akademik bu layihələrin “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizinin iştirakçıları olan Gürcüstan, Polşa və digər ölkələr tərəfindən də maraqla qarşılandığını vurğulayıb.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma