İşğaldan azad olunmuş ərazilərdə heyvandarlıq nəzarətə götürülür

Layihənin həyata keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə əhalinin əsas məşğuliyyətlərindən biri olan heyvandarlığın, həmçinin heyvan kəsimi fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, istehlakçıların sağlam ət və ət məhsulları ilə təmin olunması, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlverişli biznes mühitinin formalaşdırılmasından ibarətdir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, inşa ediləcək yeni heyvan kəsimi məntəqələrində zoonoz xəstəliklərin nəzarətdə saxlanılması, heyvandan insana keçən xəstəliklərin qarşısının alınması ilə yanaşı, həmin ərazilərdə heyvan sağlamlığı və baytarlıq nəzarəti mexanizmlərinin qısa zamanda təşkil olunması da təmin ediləcəkdir.Həmin ərazilərdə yeni heyvan kəsimi  məntəqələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) vəsaiti hesabına yaradılacaqdır. Layihə çərçivəsində mikro və kiçik sahibkarlıq subyektləri ilə iş təcrübəsini nəzərə alaraq, “ABAD” publik hüquqi şəxs layihə iştirakçılarının seçimində iştirak edəcək, onların potensialını və biznes idarəetmə səriştəliliyini dəyərləndirib, ət kəsimi sahəsi üzrə “ABAD”çılar yetiştirəcək və onlara “ABAD” dəstək proqramına daxil olan xidmətlər göstərəcək. İlkin olaraq Ağdam rayonunun Quzanlı qəsəbəsində müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin qurulması ilə bağlı müvafiq təşkilati işlər həyata keçirilmiş, heyvan kəsimi məntəqəsinin tikiləcəyi ərazi müəyyənləşdirilmişdir. Yeni heyvan kəsimi məntəqələrində AQTİ tərəfindən laboratoriyalar qurulacaq, kəsimə və dövriyyəyə çıxarılacaq ət və ət məhsullarına baytarlıq-sanitariya nəzarəti təmin olunacaqdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma