Dekabrın 14-dən etibarən karantin rejimi sərtləşdirilir, evi icazəsiz tərk etmək olmaz

Azərbaycan Nazirlər Kabineti ölkə ərazisində dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında qərar qəbul edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək
    ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət
    sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılsın.
  2. Bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə Bakı, Sumqayıt, Gəncə,
    Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran,
    Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı
    rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri
    aşağıdakı qaydada tətbiq edilsin:
    2.1. Aşağıdakı şəxslərin xidməti vəsiqə əsasında hərəkət etmələrinə yol verilir:
    2.1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan
    Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Xüsusi Tibb
    Xidmətinin, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin,
    Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası
    Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları;
    2.1.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının
    əməkdaşları;
    2.1.3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların
    müavinləri (müavinlərin şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri
    əsasında);
    2.1.4. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
    və Aparatının əməkdaşları (əməkdaşların şəhərlərarası və rayonlararası hərəkətinə
    ezamiyyə vərəqələri əsasında);
    2.1.5. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan
    publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri (müavinlərin şəhərlərarası və
    rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);
    2.1.6. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları
    (əməkdaşların şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);
    2.1.7. hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların
    əməkdaşları, vəkillər;
    2.1.8. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik
    nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları, habelə onların yerli heyəti
    (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya
    kartları əsasında).
    2.1.9. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli
    Agentliyinin əməkdaşları.
    2.2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən
    gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil
    edildikdən sonra onların hərəkətinə yol verilir:
    2.2.1. bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyətinə
    icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq
    fəaliyyəti ilə məşğul olan fiziki şəxs və onun işçiləri;
    2.2.2. “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən
    dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından
    yaradılan publik hüquqi şəxslərin və digər müəssisələrin əməkdaşları (2 nömrəli əlavə);
    2.2.3. fəaliyyətinin davam etdirilməsinə icazə verilməyən özəl hüquqi şəxslərin
    mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları;
    2.2.4. dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə
    müəssisələrinin əməkdaşları.
    2.3. Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti
    ilə bağlı məsələlər bu Qərarın 3 nömrəli əlavəsi ilə tənzimlənir.
    2.4. “ASAN Könüllüləri” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı,
    “Regional İnkişaf” İctimai Birliyi, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək
    və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə
    məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
    2.5. Bu Qərarın 2.2-ci və 2.4-cü bəndlərində göstərilən şəxslər bu Qərarın 1-ci
    hissəsində qeyd olunan ərazilərin arasında və onların hüdudlarından kənara işəgötürən
    tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına
    daxil edilən ezamiyyə vərəqələri əsasında hərəkət edirlər.
    2.6. Digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı
    hallarda yol verilir:
    2.6.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla
    əlaqədar;
    2.6.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin
    alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə
    verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti
    ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar;
    2.6.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar.
    2.7. Bu Qərarın 2.5.1-ci və 2.5.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış
    yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS
    məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün
    müraciət etməlidirlər (SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə
    ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq
    edən məlumat qeyd edilməlidir:
    2.7.1. 1 rəqəmi-təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla
    əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3
    saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu
    ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti
    nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və
    zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);
    2.7.2. 2 rəqəmi – ərzaq və digər gündəlik tələbat mallarının və dərman
    vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən),
    dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və
    xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq
    havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün
    (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi
    zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma
    müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir);
    2.8. Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:
    2.8.1. Azərbaycan Respublikasının vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin
    seriya və nömrəsi (məsələn, AZE11111111);
    2.8.2. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və
    ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində
    müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi
    (MYİ (DYİ)1111111);
    2.8.3. Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış
    əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin
    uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111);
    Nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin
    alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış
    yerini və olduğu yeri tərk etmək üçün 2 AZE1111111 məzmunlu SMS məlumatı
    göndərilməlidir.
    2.9. “E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata
    keçirilir:
    2.9.1. tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial
    şəbəkə hesabı ilə giriş edilir;
    2.9.2. mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxil
    edilir;
    2.9.3. giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinə daxil olunur,
    razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;
    2.9.4. “Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir:
  3. açılan əsas səhifədə “icazələr” bölməsinə keçid edilir;
  4. tələb olunan “FİN” kodu və doğum tarixi daxil edilir;
  5. icazənin növü seçilir (1 və ya 2);
  6. “Göndər” düyməsi sıxılır;
    2.9.5. “Təsdiq” və ya “İmtina” mesajı gələnə qədər gözləmə mesajı ekranda
    görünür;
    2.9.6. “Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.
    2.10. Elektron Hökumət informasiya sistemindən gələn cavab SMSməlumatda və ya “E-Təbib” mobil tətbiqində icazənin qüvvədə olduğu müddət göstərilir.
    Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.
    2.11. Bu Qərarın 2.5.3-cü yarımbəndində göstərilən əsasla yaşayış yerini və
    olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
    Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə
    almalıdır.
    2.12. Aşağıdakı hallarda şəxsin yaşayış yerini və olduğu yeri SMS göndərmədən
    və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə almadan tərk etmək hüququ vardır:
    2.12.1. həyat və sağlamlığına bilavasitə təhlükəli vəziyyət yarandıqda;
    2.12.2. məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda (məhkəməyə
    və ya hüquq mühafizə orqanlarına çağırılmasına dair sənəd əsasında).
    2.13. SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı
    yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında
    Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin)
    9108 Çağrı Mərkəzinə, “E-Təbib” mobil tətbiqindən istifadə ilə bağlı yaranan çətinliklərlə
    əlaqədar isə 8113 Çağrı Mərkəzinə müraciət edilə bilər.
    2.14. Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə,
    habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları “icaze.e-gov.az”
    portalına 2020-ci il 9 dekabr tarixindən saat 10:00-dan etibarən daxil etməlidirlər.
  7. Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan
    avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə
    Milli Agentliyin nəqliyyat vasitələri hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə,
    Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, habelə Lənkəran,
    Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı
    rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılsın.
  8. Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin
    yaşadıqları və olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən
    müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə
    onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.
  9. Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti
    təsdiq edən sənədlərin üzərilərində olması məcburidir.
  10. Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər
    Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində
    nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
  11. Bu Qərarla müəyyən edilmiş tələblərə riayət olunmasına nəzarət Azərbaycan
    Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
  12. Bu Qərara uyğun olaraq fəaliyyətinə icazə verilmiş sahələrdə fəaliyyət göstərən
    özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə
    məşğul olan fiziki şəxslər və onların işçilərinin barəsində məlumatların işəgötürən
    tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına
    daxil edilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və
    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
    İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir və “icaze.e-gov.az” portalı
    vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi, habelə yaşayış yerini
    və olduğu yeri tərk etmək üçün SMS sistemi və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə
    alınması prosedurundan sui-istifadə edilməsi halları aşkar edildikdə, bu barədə
    məlumatlar məsuliyyət tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə təqdim edilir.
  13. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan
    Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında
    (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2020, № 9 maddələr 1209, 1231;
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 oktyabr tarixli 386 nömrəli, 14
    oktyabr tarixli 387 və 390 nömrəli, 16 oktyabr tarixli 395 nömrəli, 23 oktyabr tarixli 410
    nömrəli, 28 oktyabr tarixli 426 və 427 nömrəli, 6 noyabr tarixli 443 nömrəli, 19 noyabr
    tarixli 450 nömrəli, 5 dekabr tarixli 485 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:
    9.1. 1.1-ci bənddə “2020-ci il 28 dekabr” sözləri “2021-ci il 31 yanvar” sözləri ilə
    əvəz edilsin;
    9.2. 1.1.16-cı yarımbənd ləğv edilsin.
  14. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan
    Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında
    nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə qüvvəsini saxlayır.
  15. Bu Qərar 2020-ci il 14 dekabr tarixindən qüvvəyə minir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma