Sinqapurlu mütəxəssislərlə canlı yayında dərsliklərimiz müzakirə ediləcək

Azərbaycan Təhsil nazirliyi “Dərsliklərdə yeni mərhələ: Sinqapur modeli” adlı onlayn müzakirə təşkil edəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müzakirə 5 dekabr saat 11:00-da Təhsil Nazirliyinin, Təhsil İnstitutunun dəstəyi,  “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə keçiriləcək.

Onlayn görüşdə Azərbaycanlı və sinqapurlu mütəxəssislər iştirak edəcəklər və dərsliklərin mövcud vəziyyəti və dərsliklərdə Sinqapur təcrübəsi müzakirə ediləcək. Müzakirələr vasitəsilə bir sıra beynəlxalq qiymətləndirmə nəticələrində zirvədə olan Sinqapur təhsil sisteminin orta məktəb dərslik təcrübəsi öyrəniləcək, eləcə də keyfiyyətli dərsliyin meyarlarına, müasir dövrün dərsliklərdə yaratdığı yeni çağırışlara, dərsliklərin mövcud vəziyyətinə toxunulacaq. Həmçinin Təhsil Nazirliyinin Sinqapurla əməkdaşlıq çərçivəsində hazırlanması planlaşdırılan dərsliklərin gözlənilən təsirləri və yeniliklər barədə fikir mübadiləsi aparılacaq.

Müzakirələri Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləyə bilərsiniz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma