Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Vətən müharibəsi şəhidlərinin xatirəsi anılması ilə bağlı video çarx hazırlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən saat 12:00-da Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə bir dəqiqəlik sükut elan edilib.

Leave a Reply