İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoydular. Azərbaycanın dövlət himni səsləndirildi.
Daha sonra dövlət başçısı rəsmi sosial şəbəkə hesabında Xarıbülbül simvolunu paylaşaraq fotoya “Şəhidlərimizi ehtiramla yad edirik!” şərhini yazıb.
Опубликовано Ilham Aliyev Четверг, 3 декабря 2020 г.
Qeyd edək ki, Prezidentin sərəncamı ilə bu gün 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.