Azərbaycan Təhsil Nazirliyi onlayn dərslər zamanı gözlərin qorunması üçün görüləcək profilaktik tədbirlər haqda video çarx hazırlayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, maarifləndirici video çarxda oftalmologiya üzrə peşəkar həkim kompüter və smartfon istifadəçilərinə dərslər arası gözlərini ekrandan çəkərək bir neçə dəqiqəlik ətraf mühitə, təbiətə baxmağı, yaxşı işıqlandırılmış otaqda dərslərə qoşulmağı, mütləq şəkildə qəbul edilmiş gecə yuxusu normasını yatmağı və s. faydalı məsləhətlər verilib.
“Əziz şagirdlər, onlayn dərs zamanı ekran qarşısında olarkən gözünüzün sağlamlığı üçün hansı qaydalara əməl etməli olduğunuzu bilirsinizmi? Diqqət etməli olduğunuz qaydaları nəzərinizə çatdırırıq. Biliyə yiyələnməklə yanaşı, gözlərinizi də qorumağı unutmayın!”, – deyə nazirlik məktəblilərə müraciət edib.