Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq

Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sərəncama əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri və layihələndirilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin layihələndirilməsi və tikintisinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Leave a ReplyCancel reply