“Şimal-Cənub” layihəsinin Azərbaycan seqmentində işlər yekunlaşıb

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Şimal-Cənub” layihəsinin Azərbaycan seqmentində işlər yekunlaşdığını bildirib.

Trend-in verdiyi məlumata əsasən, planlaşdırılmış layihələrin başa çatmasından və “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yük daşımalarının həcminin artırılmasından sonra bir sıra ölkələrin, o cümlədən Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrinin layihəyə qoşulması istisna olunmur.

“Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan-İran sərhədində avtomobil körpüsünün tikintisi planlaşdırılır. Tikinti bir il ərzində həyata keçiriləcək”.

Nazirlikdən onu da bildiriblər ki, hazırda Bakı-Quba-Rusiya dövlət sərhədi yolunun tikintisi davam edir. Bunun 2021-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur:

“Azərbaycan “Şimal-Cənub” layihəsinin reallaşdırılması ilə bağlı öz ərazisindəki bütün işləri başa çatdırıb. Bu layihə regionda əməkdaşlıq üçün yaxşı perspektivlər açır və Hindistan, Pakistan, İran və Fars körfəzinin digər ölkələrindən Şimali və Qərbi Avropa ölkələrinə, eləcə də əks istiqamətdə yükdaşıma müddət və məsafəsini əhəmiyyətli dərəcədə azaldır”.

Xatırladaq ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin təməli 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya edib (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna).

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini 2 dəfə azaltmaqdır.

Şimali və Qərbi Avropa – Rusiya Federasiyası, daha sonra üç istiqamətdə nəzərdə tutulur:

Qafqaz – Fars körfəzi (Qərb marşrutu);

Mərkəzi Asiya – Fars körfəzi (Şərq marşrutu);

Xəzər dənizi – İran İslam Respublikası – Fars körfəzi (Mərkəzi marşrut).

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli Sərəncamının icrası olaraq, aşağıdakı tədbirlər görülüb:

Astara (AR) – Astara (İİR) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 km yeni yol tikilib;

Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub;

Astaraçay üzərində dəmiryol körpüsündən İran İslam Respublikası ərazisində tikilmiş yük terminalına qədər 1,4 km yol çəkilib.

Azərbaycan tərəfi Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşasını davam edir.

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün:

6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) sahəsinin rəsmi açılış mərasimi keçirilib;

İran İslam Respublikası ərazisində Rəşt – Astara (167 km) sahəsində dəmir yolu tikilməlidir.

28 mart 2018-ci il tarixində İran İslam Respublikası Prezidentinin Azərbaycana səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara – Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş” imzalanıb.

Dəhliz çərçivəsində bütün infrastruktur layihələri tamamlandıqdan sonra İran ərazisindən keçməklə Bakıdan Naxçıvan Muxtar Respublikasına dəmir yolu ilə birbaşa daşımaların təşkili mümkün olacaqdır.

Dəhlizlə ilkin olaraq il ərzində 5 mln. ton yükün daşınması, gələcəkdə isə 10 mln. tona qədər artırılması planlaşdırılır.

İran tərəfdən əsasən neft və neft məhsulları, mineral gübrələr, sement, kimyəvi məhsullar və s., İran istiqamətində isə taxıl məhsulları və meşə materialları daşınır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma