Azərbaycanda COVID-19-la bağlı cari vəziyyət narahatlıq doğurur. Növbəti lokdaun gözlənilirmi?

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib.

TIME bildirir ki, brifinqdə Operativ Qərargahın nümayəndələri – TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva, Tibb Universitetinin professoru Akif Qurbanov və Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev jurnalistləri maraqlandıran suallara cavab verib.

Tədbirdə qeyd edilib ki, Azərbaycanda koronavirus pandemiyasının 41-ci həftəsini yaşayır və vəziyyət heçdə əlverişli deyil, lakin təşvişə qapanmaq tövsiyə edilmir. Azərbaycanda koronavirusa yoluxan insanların 81%-ə qədəri xəstəliyi yüngül simptomplarla keçirir və evdə müalicə oluna bilirlər.

N.Mustafayeva bildirib ki, indiyə qədər Azərbaycanda götürülən testlərə görə ən yüksək yoluxma faizi 29%, koronavirusdan ölüm faizi isə 1.1% təşkil edir, bu da dünya üzrə ən aşağı göstəricilərdən biridir, çünki dünya ölkələrində koronavirusdan ölüm faizi artıq 3.6%-dək yüksəlib.

Əsil təhlükə isə ürək-damar xəstəliyi olan, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, arterial hipertenziyası, xərçəng xəstəliyi, xroniki xəstəliyi olan insanlara aiddir, hansı ki, bu virusu daha ağır formada keçirir.

Bu arada qedy edilib ki, bəzi insanlar həkim təyinatı olmadan antibiotiklərlə, sistem vurulması və digər dərman peraparatları ilə özlərini müalicə etməyə çalışırlar, lakin xəstəlik ağır formaya keçdikdə onlar xəstəxanalara müraciət edirlər, bu da çətinliklər yaradır, çünki hazırda COVİD-ə qarşı spesifik dərman və vaksin yoxdur, əgər vaksin dövriyyəyə daxil olarsa, onun nə qədər effektli olacağı da bəlli deyil:

“İndi vaksinin effekti ilə bağlı müxtəlif faizlər deyilir. Amma bu, könüllülərin qanındakı antitellərin miqdarını göstərir. Bu antitellər qanda nə qədər qalacaq- 1 ay, 2 ay- bu, hələ bilinmir”, – deyə A.Allahverdiyev qeyd edib.

O, bildirib ki, xəstəliyə qarşı mübarizə kompleks tədbirlər tələb edir, o cümlədən profilaktik təbabət xəstələnmənin qarşısını alır.

“Ona görə də buna riayət edilməlidir. COVİD elə bir xəstəlikdir ki, ona qarşı mübarizə təkcə həkimlərin üzərinə düşmür. Bu istiqamətdə KİV-lər də geniş təbliğatlandırma işləri aparmalıdır”.

A.Qurbanov qeyd edib ki, ev şəraitində müalicə olunan COVİD xəstəsi ailə üzvləri üçün real infeksiya mənbəyidir və ailə üzvləri həmin xəstədən özünü qorumalıdır:

“Ev şəraitində müalicə olunan şəxs ailə üzvlərindən təcrid olunmalıdır. Həmin şəxs həkim məsləhətlərinə ciddi əməl etməlidir ki, ailə üzvləri yoluxmasın. Əks halda infeksiya ailə üzvlərinə yoluxa bilər. Bu prosesə nəzarət edilməlidir”.

Onun sözlərinə görə, hazırda ictimai nəqliyyatda və küçədə yoluxma hallarına rast gəlinir və buna görə imkan daxilində evdən çıxmamaq, ehtiyac olmadığı halda ictimai nəqliyyatdan istifadə etməmək məsləhətdir:

“Onsuz da sərt karantin olsa, heç kim evdən çıxa bilməyəcək. Biz elə etməliyik ki, sərt karantinə ehtiyac olmasın. Bu xəstəliyin nə qədər davam edəcəyi bilinmir. Yaxın vaxtlarda vaksinasiyaya başlanacaq. Lazım olan vaksinlər ölkəyə gətiriləcək və kütləvi vaksinasiyaya başlanacaq. Biz bu prosesə birlikdə qalib gəlməliyik. Bir olub bu infeksiyaya qarşı mübarizə aparmalıyıq. Bunu yalnız həkimlərin üzərinə atmalı deyilik. Müharibədən yeni çıxmış ölkəyik. Hələ də yaralılarımız var və ona görə də həkimləri pis vəziyyətdə qoymayaq”.

O onu da qeyd edib ki, narahatlıq hiss edən şəxsin dərhal özbaşına xəstəxanalara axışaraq kompüter tomoqrafiyasından keçməsi düzgün deyil:

“Belə olmaz. Bu xəstəlik yalnız sonda özünü ağciyərdə biruzə verir. COVİD-19-un müayinələrində rentgen və KT yalnız köməkçi vasitədir. Bu yoluxan şəxsin ağciyərində biruzə verməyə bilər. Bunun üçün yalnız PSR testi verilməlidir. Bu testin cavabı pozitiv olarsa, dərhal özünü təcrid etməli və iş yerinə məlumat verib müalicə olunmalıdır. Bu xəstəlik hətta simptomsuz da olur. Bu cür hallara diqqət etməliyik. Hətta test nəticələri neqativ çıxsa da bu o demək deyil ki, həmin şəxsdə COVİD-19 yoxdur. Bütün hallarda insan özünü qorumalıdır”.

Qeyd edək ki, son bir ayda koronavirusa yoluxma və ölüm statistikası sürətlə artır və bu cəmiyyətdə narahatlıq doğurmaya bilməz. Son bir sutka ərzində Azərbaycanda 4 426 nəfər COVID-19-a yoluxub, 1 995 nəfər sağalıb, 41nəfər vəfat edib, aktiv xəstə sayı isə 47 272 nəfərdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma