İşğaldan azad olunan Laçın rayonunda yeni düzən qurulur – FOTO/VİDEO

Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub.

TIME rəsmi mənbələrə istinadən bildirir ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb:

Laçın rayonunda artıq komendant postlarının yaradılması ilə bağlı işlər görülür və sabah komendant postlarının yaradılacağı ehtimal edilir. Rəsmi məlumata əsasən, Laçın rayon polis şöbəsinin əməkdaşları əraziyə köçürüləcək.

Leave a Reply