Hotellərə ulduzlar hansı şərtlərlə veriləcək?

Azərbaycanda yeni milli ulduz təsnifatı əsasında veriləcək ulduzlar beynəlxalq platformada da tanınacaq.

Trend-in verdiyi məlumata əsasən, Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam deyib ki, cari ilin oktyabr ayından etibarən Azərbaycan Hotel Assosiasiyası (AHA) yüksək səs çoxluğu ilə “HotelStars” Birliyinin ulduz təsnifatı üzrə icraçı üzvü seçilib.

Bu status vasitəsilə AHA artıq milli ulduz təsnifatını HOTREC və “HotelStars” Birliyi tərəfindən müəyyənləşdirilmiş Avropa hotel standart və meyarlarına əsasən həyata keçirəcəyini rəsmi olaraq təsdiqləyib:

“Bununla da hotellərin təmin olunacağı ulduz nəinki yerli, həmçinin beynəlxalq platformada da digər Avropa hotelləri ilə birgə digital şəkildə nümayiş etdiriləcək və tanıdılacaq. Qeyd edim ki, AHA 2019-cu ilin may ayında HOTREC və Hotelstars Birliyinin müşahidəçi üzvüdür. Dekabrın 6-da isə Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatı ilə təmin olunub. Ulduz təsnifatının icrası üzrə Azərbaycan Hotel Assosiasiyası və Azərbaycan Turizm Bürosu arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi bağlayıb”.

Azərbaycanda yeni Milli Ulduz Təsnifat Sistemi əsasında hotellərin ulduz təsnifatlaşdırılması aparılan zamanı onların koronavirusdan (COVİD-19) qorunmaq üçün qoruyucu tədbirlərə hansı formada əməl etməsi də nəzərə alınacaq.

AHA-nın Baş icraçı direktorunun sözlərinə görə, Azərbaycanda hotellərin ulduz təsnifatlaşdırılması üçün tərtib olunan kriteriyalar sırasına COVİD-19-la bağlı bənd də daxil edilib.

O, hesab edir ki, COVİD-19 virusu yox olsa belə, hələ 1 il müddətində bununla bağlı məsələlərin ulduz təsnifatlaşdırmasında nəzərə alınması lazımdır:

“Artıq beynəlxalq praktikada da bu, nəzərə alınıb. Bu praktikanın tətbiqi qonaq və işçilər üçün hotellərdə COVİD-19-la bağlı təhükəsiz şəraitin yaradılmasına görə lazımdır”.

G.Sağlam qeyd edib ki, Azərbaycanda hotellərə yeni Milli Ulduz Təsnifat Sistemi əsasında ulduzların verilməsi üçün hazırlıq işləri bitsə və AHA bu prosesin həyata keçirilməsinə hazır olsa da, müharibənin başlanılması və COVİD-19-la bağlı sərt karantin rejiminin tətbiqi səbəbindən təsnifatlaşdırma aparılmayıb.

G.Sağlam əlavə edib ki, təsnifatlaşdırmadan keçmək istəyən hotellər AHA-nın saytında qeydiyyatdan keçə bilərlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma