Azərbaycan Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, qərarda dəyişikliklərə əsasən tədris prosesinin distant formada keçirilməsi müddəti dekabrın 1-dən 30-dək uzadılıb.
Qeyd edək ki, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.