Paris qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır

Rəsmi Paris qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımadığını bəyan edib.

Xarici KİV-in verdiyi məlumata əsasən, bununla bağlı Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Noyabrın 25-i Senat Fransa hakimiyyətini qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa çağıran qətnamə layihəsi qəbul edib. Səsvermədən əvvəl debatlar zamanı Xarici İşlər Nazirliyi yanında Dövlət Katibi Jan-Baptist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini xatırladıb – Fransa qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır”, – deyə Bəyanatda bildirilir.

Leave a Reply