Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə son günlərdə Covid-19-a yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq noyabr ayının 28-də kommunal xidmətlərin Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Trend-in Bakı Şəhər İcra Hakimiyyətinə istinadən verdiyi məlumata əsasən, gücləndirilmiş dezinfeksiya işlərinə kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları cəlb olunacaq və küçə, prospekt və yollar xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Dezinfeksiya işlərində istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyəti sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə evlərini tərk etməməyi xahiş edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma