Türkiyyə rəsmiləri Qarabağda atəşkəsin icrasına necə nəzarət edəcəklərini bildiriblər

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Qarabağdakı sülh monitorinq mexanizmi üçün işlər davam etdirildiyini bildirib.

Xarici mətbuatın verdiyi məlumatlara əsasən, nazir H. Akar qurulacaq müşahidə məntəqələri arasında Türkiyə və Rusiya silahlı qüvvələrinin birgə patrul xidməti həyata keçirəcəyini də qeyd edib.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu öz növbəsində deyib ki, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı bəyanatla atəşkəs bərpa olunub və Türkiyə bu sənədi dəstəkləyir:

“Birincisi, Azərbaycanın haqlı olması və ərazi bütövlüyü bu razılaşma ilə bir daha təsdiqləndi. İkincisi, Azərbaycan təxminən 30 ildir ki, işğal altında olan torpaqları azad etməyə çalışırdı. Torpaqların bir hissəsi əks-həmlə ilə azad edilib, qalanları isə danışıqlar nəticəsində qayıdır. Üçüncüsü, işğal altında qalmış torpaqlardan qaçqın düşmüş azərbaycanlı qardaşlarımız evlərinə qayıdacaq. Dördüncüsü də Naxçıvanla Azərbaycan arasında əlaqə yaradılacaq. Biz də Azərbaycanın tələbi ilə bu atəşkəsin icrasına nəzarət üçün meydanda olacağıq”.

Leave a Reply