Sabah hava yağmursuz olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti sabaha olan hava proqnozunu açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə noyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 772mm civə sütunundan 767  mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-8 faiz, gündüz 50-55 faiz təşkil edəcək.

Noyabrın 24-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə  duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.  Havanın temperaturu  gecə 2-6,  gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  0-3 dərəcə  isti olacaq. 

Tibbi-meteoroloji proqnoz

Noyabrın 24-25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma