Qarabağın yüzə yaxın məscidi və müsəlman abidələri mədəni faciəyə məruz qalıb

Qarabağın yüzlərlə müsəlman abidəsinin məruz qaldığı mədəni faciə tamamilə diqqətdən kənarda qalıb.

Trend-in verdiyi məlumata əsasən, bunu Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədrinin birinci müavini Dəmir Muhetdinov öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, Dağlıq Qarabağda onilliklər ərzində 67 məsciddən 63-ü dağıdılıb:

“Dağıdılmış tarixi və mədəni abidələrin sayı isə yüzlərlədir. Qarabağdakı yüzlərlə müsəlman abidəsinin məruz qaldığı mədəni faciə diqqətdən kənar qaldığı vaxtda, xristian abidələrinin guya hücuma məruz qalması barədə məlumatları vicdansızlıq kimi qiymətləndirirəm. Obyektiv yanaşma sərgiləyən istənilən müşahidəçi qeyd edər ki, Azərbaycan özünü multikultural dövlət kimi göstərir və bütün dini adətlərə yeni səviyyədə hörmətlə yanaşır. Bakı dəfələrlə Dünya dini liderlərinin sammitinin paytaxtı seçilib”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma